Tehran Dini Elm Hövzələrinin bir qrup müəllimi və tələbəsi məzlum Myuanma müsəlmanlarına dəstək olaraq Tehranda BMT ofisi qarşısına toplaşıb.
Arannews:İRİB-in məlumatına görə, Tehran Dini Elm Hövzələrinin müəllim və tələbələri bu aksiyada Myanma müsəlmanlarının qırğın edilməsini və beynəlxalq təşkilatların sükutunu qınayan şüarlar səsləndiriblər.Aksiyanın sonunda oxunan bəyanatda BMT, islam ölkələri və İran İslam Respublikası rəsmilərinin Myanma müsəlmanlarının qırğın edilməsi məsələsinə diqqət yetirmələri vurğulanıb.
Myanma ordusunun Raxin əyalətində rohinca müsəlmanlarına hücumları nəticəsində minlərlə nəfər həlak olub, yaralanıb və 400 min nəfər didərgin düşüb.
Arannews:İslaminSesi xəbər verir ki, bu gün 15 sentyabrda İrəvanda mətbuat konfransı keçirən İsrail Knesseti 15-ci çağırışının deputatı, “Ermənistan-İsrail “ ictimai forumunun həmsədri Aleksandr Tsinker bəyan edib ki, “Ermənistan İsrail əlaqələrinin dərinləşməsi ciddi olaraq Azərbaycanı narahat edib. İkitərəfli münasibətlərin fəallaşmasından sonra Azərbaycan mətbuatında serial materiallar yayıldı ki, Ermənistan-İsrail münasibətləri iflasa məhkumdur”.
İsrail parlamentinin deputatı xüsusi olaraq vurğulayıb ki, Bakının çabalamasına baxmayaraq Ermənistan-İsrail münasibətləri inkişaf etməkdə davam edir. Buna sübut olaraq başda İsrail Knesssetinin (parlamentinin) vitse-spikeri Tali Ploskovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfərini vurğulayan deputatın Bakını hədəf alması heç bir normaya sığmır. İsrail dövlətinin hansı ölkəylə dostluq, əməkdaşlıq etməsi onun müstəqil seçimidir və bu məsələdə biz ona yol göstərə bilmərik, amma İsrail deputatının “bizim narahatlığımızı” bəyan etməsi, sanki bizim acığımıza dostluq yaratmaq istəyini vurğulaması beynəlxalq hüquq qaydalarına da ziddir. Azərbaycanı hədəf göstərib münasibət quracaqsansa, deməli sən dost deyilsən və bu əlaqələrdən əleyhimə istifadə etməyi düşünürsən.
İsrail parlamentinin vitse-spikeri Tali Ploskovun ikibaşlı “ Ermənistan-İsrail münasibətlərindəki susqunluq pozuldu” deməsinin də bizim üçün xoşməramlı niyyətdən yaranmadığı açıq hiss olunur.
Tezliklə Rusiya Ordusunun 102-ci briqadasının yerləşdiyi Gümrü ilə İsrailin Petax- Tikva şəhərinin qardaşlaşması tədbiri keçiriləcək. 2018-ci ildə isə İsraildə “Ermənistan mədəniyyəti günləri “ tədbirləri planlaşdırılıb.
Tez-tez Ermənistanı İsrail silahları ilə hədələyən Azərbaycanın bəzi mətbuat orqanları bilsin ki, “daimi dost yox, daimi maraqlar var”. Bu informasiya təbliğatı da kütlələrə hesablanıb arxayınçılıq yaratmaq və özünü aldatmaqdan başqa bir şey deyil. Azərbaycan diplomatiyası bir-birinin ardınca ciddi səhvlər buraxaraq Qarabağ probleminin həllində güclü tərəfdaşlardan məhrum olmaqda davam edir. Qarabağ ətrafında da əleyhimizə yönəlik planların işə düşəcəyi bir ərəfədəyik