Məsələyə münasibət bildirən “Human Rights Whatch” təşkilatı bildirib ki, Səud rejimi son 5 gün ərzində onlarla insanı, xüsusən tanınmış ruhaniləri həbs edib.
Arannews:İRİB-in məlumatına görə, Tehran Dini Elm Hövzələrinin müəllim və tələbələri bu aksiyada Myanma müsəlmanlarının qırğın edilməsini və beynəlxalq təşkilatların sükutunu qınayan şüarlar səsləndiriblər.Aksiyanın sonunda oxunan bəyanatda BMT, islam ölkələri və İran İslam Respublikası rəsmilərinin Myanma müsəlmanlarının qırğın edilməsi məsələsinə diqqət yetirmələri vurğulanıb.
Myanma ordusunun Raxin əyalətində rohinca müsəlmanlarına hücumları nəticəsində minlərlə nəfər həlak olub, yaralanıb və 400 min nəfər didərgin düşüb.
Arannews:İslaminSesi xəbər verir ki, bu gün 15 sentyabrda İrəvanda mətbuat konfransı keçirən İsrail Knesseti 15-ci çağırışının deputatı, “Ermənistan-İsrail “ ictimai forumunun həmsədri Aleksandr Tsinker bəyan edib ki, “Ermənistan İsrail əlaqələrinin dərinləşməsi ciddi olaraq Azərbaycanı narahat edib. İkitərəfli münasibətlərin fəallaşmasından sonra Azərbaycan mətbuatında serial materiallar yayıldı ki, Ermənistan-İsrail münasibətləri iflasa məhkumdur”.
İsrail parlamentinin deputatı xüsusi olaraq vurğulayıb ki, Bakının çabalamasına baxmayaraq Ermənistan-İsrail münasibətləri inkişaf etməkdə davam edir. Buna sübut olaraq başda İsrail Knesssetinin (parlamentinin) vitse-spikeri Tali Ploskovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfərini vurğulayan deputatın Bakını hədəf alması heç bir normaya sığmır. İsrail dövlətinin hansı ölkəylə dostluq, əməkdaşlıq etməsi onun müstəqil seçimidir və bu məsələdə biz ona yol göstərə bilmərik, amma İsrail deputatının “bizim narahatlığımızı” bəyan etməsi, sanki bizim acığımıza dostluq yaratmaq istəyini vurğulaması beynəlxalq hüquq qaydalarına da ziddir. Azərbaycanı hədəf göstərib münasibət quracaqsansa, deməli sən dost deyilsən və bu əlaqələrdən əleyhimə istifadə etməyi düşünürsən.
İsrail parlamentinin vitse-spikeri Tali Ploskovun ikibaşlı “ Ermənistan-İsrail münasibətlərindəki susqunluq pozuldu” deməsinin də bizim üçün xoşməramlı niyyətdən yaranmadığı açıq hiss olunur.
Tezliklə Rusiya Ordusunun 102-ci briqadasının yerləşdiyi Gümrü ilə İsrailin Petax- Tikva şəhərinin qardaşlaşması tədbiri keçiriləcək. 2018-ci ildə isə İsraildə “Ermənistan mədəniyyəti günləri “ tədbirləri planlaşdırılıb.
Arannews: Məsələyə münasibət bildirən “Human Rights Whatch” təşkilatı bildirib ki, Səud rejimi son 5 gün ərzində onlarla insanı, xüsusən tanınmış ruhaniləri həbs edib.
Salman Oudə, Evəz Qərəni və Əli Öməri cari ayın 10-da həbs olunan 3 tanınmış ruhanidir.
Təşkilatın Orta Şərq bölməsinin drektoru Sara Vitson bildirib: “Siyasi yöndə baş verən bu həbslər onu göstərir ki, Muhəmməd bin Salman, ölkəsinin söz azadlığı və qanunun hakim olması mövzularında vəziyyətinin düzəlməsinə meyli yoxdur.”
Qeyd edək ki, 3 aydır Muhəmməd bin Salmanın vəliəhd seçilməsindən sonra Səud rejimini tənqid edənlərin həbsinə start verilib.