Tarix : 2017 Sep 17
Kod 52803

BMT: Bu il 19 fələstinli şəhid olub

BMT-nin işğal olunmuş Fələstin ərazilərində humanitar məsələlər üzrə koordinasiya ofisi bildirib: 2017-ci ilin əvvəlindən bəri 19 fələstinli sionist rejim hərbçilərinin atəş açması nəticəsində şəhid olub.
Arannews: Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, BMT ofisi bildirib: Bu şəhidlərdən altısı uşaqdır.
Məlumata görə, İordan çayının qərb sahilində də on biri uşaq olmaqla 64 fələstinli sionist rejim hərbçilərinin atəş açması nəticəsində yaralanıb və üç nəfər də Qəzzə zolağında yaralanıb.
BMT ofisi əlavə edib: Onlarla fələstinli də saçma güllələr nəticəsində yaralanıb, bir çox insan da gözyaşardıcı qazdan istifadə olunduğuna görə, təngnəfəs olub. Həmçinin bu ilin əvvəlindən İordan çayının qərb sahilində sionist rejim hərbçiləri fələstinlilərə məxsus 25 mənzili dağıdıblar.
Sionist rejimin Fələstinin müxtəlif bölgələri, o cümlədən Qəzzə zolağında cinayətlər törətməsinə rəğmən, BMT İsrail rejiminin cinayətlərinin dayandırılması üçün ciddi və praktiki heç bir addım atmayıb.

  • Yazılıb
  • da (də) 2017 Sep 17
  • Göndərən مدير سايت Aran News