Tarix : 2017 Sep 18
Kod 52804

Bilik Fondu Heydər Əliyevi İslam həmrəyliyinin banisi adlandırdı!

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu qəribə və unikal bir addım ataraq bu ölkənin sabiq prezidenti və Sovetlər Birliyinin köhnə kommunistlərindən olan Heydər Əliyevi “İslam həmrəyliyinin banisi” kimi tanıdıb.
AranNews – Redaksiyamızın “Azərtac”-a istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Zərdabda “İslam Həmrəyliyi İli” və 15 sentyabr - Bilik günü münasibətilə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda tədbir keçirib. 
Tədbirdə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda mühazirə söyləyən Milli Məclisin deputatı qeyd edib ki, tarixi zərurət və ümumxalq istəyi nəticəsində yenidən Azərbaycana rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, nəinki doğma Azərbaycanımızda dini konfessiyalar arasında həmrəyliyə nail olmaq, həmçinin bütün İslam dünyasını həmrəylik, qarşılıqlı hörmət əsasında bir araya gətirmək üçün titanik fəaliyyət göstərib!!
Xatırladaq ki, Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev keçmiş SSRİ-də yüksək vəzifəli şəxslərdən olmuşdur və köhnə kommunistlərdən sayılır. O cümlədən, 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi, 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü kimi vəzifələrini sadalamaq olar.

  • Yazılıb
  • da (də) 2017 Sep 18
  • Göndərən مدير سايت Aran News