Arannews:İran silahlı qüvvələrinin ali baş komandanı həzrət ayətullahülüzma Xamenei bu gün Hərbi Elmlər Universitetinin məzunları mərasimində çıxışı zamanı ABŞ-ın nüvə məsələsindəki həyasızlığı və utanmazlığına işarə edərək, deyiblər: Amerika nüvə anlaşması ilə bağlı hər gün yeni bir destruktiv və pozucu hərəkətə əl atır. Bu da İmam Xomeyni(rə)-in Amerikanı böyük şeytan adlandırmaqda nə qədər haqlı olduğunu sübut edir və ABŞ rejimi həqiqətən şeytanların ən xəbisidir.Həzrət ayətullahülüzma Xamenei əlavə ediblər: Nüvə anlaşmasında o qədər müzakirənin aparılması, qərar və öhdəliklərin müəyyən edilməsinə baxmayaraq, ABŞ-ın bu müzakirələr və onun nəticəsi ilə olan rəftarı tamamilə zalımcasına və qldurcasına olan bir zorakılıqdır.
O həzrət əlavə ediblər: Amerikalılar bilməlidirlər ki, İran xalqı öz şərəfli və iqtidarlı mövqeyini dəyişməyəcək və İran İslam Respublikasının ədəbiyyatında milli maraqlara aid olan mühüm məsələlərdə güzəştə getmək heç bir məna kəsb etmir.
İslam İnqilabının böyük rəhbəri İran xalqı ilə hər gün artmaqda olan düşmənçiliyin səbəbini "digər xalqlar üçün ilhamverici olmaq" adlandırıb və deyiblər: ABŞ-ın yalançı, pozğun və fırıldaqçı başçıları İran xalqı və İslam Respublikası quruluşunu tam həyasızlıqla yalançılıqda ittiham edirlər. Halbuki, İran xalqı sədaqətli rəftar edib və bundan sonra da sədaqətli olacaq.
İran silahlı qüvvələrinin ali baş komadanı ABŞ və İsrail rejiminin regiona nüfuz etmək və region xalqlarını zəiflətmək yolu ilə öz qanunsuz maraqlarını təmin etmək üzrə şeytancasına müdaxilələrinə işarə edib və deyiblər: Onlar bir gün İŞİD-i yaratdılar və mömin gənclərin müqaviməti və iradəsi qarşısında İŞİD-in öz sonuna yaxınlaşdığı zaman, yeni xəbisliklər axtarmağa başlayırlar.
Həzrət ayətullahülüzma Xamenei ABŞ başda olmaqla zorakı qüdrətlərin tamahkarlıqları və nüfuzu qarşısında mübarizə aparmağın yeganə yolunu region xalqları və dövlətlərinin özlərini güclü və bacarıqlı hiss etmələri və bu qüdrətdən istifadə etmələri adlandırıb və deyiblər: Əgər güzəştə gedərsək, düşmən daha çox şey istəyəcək.