Tarix : 2017 Sep 18
Kod 52809

Mübariz Qurbanlı Kərbəla şəhidlərindən danışdı

"Azərbaycan tarixində bu günədək heç zaman şiələrlə sünnilər arasında qarşıdurma olmayıb. Azərbaycanda dini sabitlik yüksək səviyyədədir və ölkədə dinə münasibət qanunlarla tənzimlənir"

Arannews:İslamazeri.az  xəbər verir ki, bunu  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən müşavirədə söyləyib.

Azərbaycanda Məhərrəm ayının başlanması və Aşura gününün qeyd edilməsi məsələsinə toxunan Dövlət Komitəsi sədri deyib ki, Peyğəmbərin (s) nəvəsi İmam Hüseynə (ə) silah qaldırmış şəxsləri İslam dünyası bəyənməyib. Həmin şəxslər İslamın dəyərlərində özlərinə yer tapmayıblar, lakin Kərbəla şəhidləri İslamın dəyərlərində özlərinə yer tapıblar:  "Biz Kərbəladakı şəhidlik zirvəsini qeyd edərkən, Azərbaycanda Qarabağ müharibəsini, şəhidlərimizi də xatırlamalıyıq".

Bununla yanaşı, M.Qurbanlı deyib ki, din xadimləri Məhərrəmlik və Aşura haqqında danışarkən hissiyyata qapılmamalıdırlar. Çünki dində hissiyyata qapılmaq yolverilməzdir.

  • Yazılıb
  • da (də) 2017 Sep 18
  • Göndərən مدير سايت Aran News