Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində gecələr "fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib.
Arannews:BakuPost.az-ın əldə etdiyi məlumata görə, milli-mənəvi dəyərlərin qorunması istiqmətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndəsi saxlanılıb.
Məsələnin daha ilginc tərəfi odur ki, saxlanılan şəxslərin məcburi müayinəsi zamanı həm polisi, həm də həkimləri şoka salacaq faktlar aşkarlanıb.
Bəlli olub ki, saxlanılan cinsi azlıq nümayəndələrinin, demək olar, hamısı ən təhlükəli cinsi xəstəliklərə yoluxublar. Aralarında hatta QİÇS xəstələrinin olduğu da bildirilir. Onların bu təhlükəli virusu başqalarına yoluxdurması istisna edilmir.
Xəbərə görə, polis cinsi azlıqların istifadə etdiyi mənzilləri, toplanış və əyləncə yerlərini, istifadə etdikləri nəqliyyat vasitələrini, onları himayə edən şəxslərin çevrəsini də müəyyənləşdirərək nəzarətə götürüb.
Bundan əlavə, DİN rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə zidd əməllərin qarşısının alınması üçün sərt tədbirləri davam etdirmək təlimatı verilib.