Bakı. 19 sentyabr. REPORT.AZ/ Məhərrəm ayı başladığı tarixdən, yəni sentyabrın 22-dən hər gün "Heydər" məscidində məclislər təşkil olunacaq.
Arannews:Bu barədə "Report"a məscidin imamı hacı Rüfət Qarayev məlumat verib.O bildirib ki, Məhərrəmliklə bağlı məclislər sentyabrın 22-dən başlayaraq oktyabrın 1-dək hər gün axşam saat 21:00-da başlayacaq: "Məsciddə keçiriləcək tədbirlərə insanların girişi sərbəst olacaq. Məclislərdə moizələr, mərsiyələr oxunacaq. İnsanlara ayın mahiyyəti, imamlar və s. bağlı məlumatlar veriləcək".
R.Qarayev onu da əlavə edib ki, Aşura günü, yəni oktyabrın 1-də də məclis təşkil ediləcək.
Qeyd edək ki, "Heydər" məscidində oxunan moizə və xütbələri Qafqaz Müsəlmanları İdarəsi QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tövsiyə və tapşırıqları əsasında deyil, sərbəst proqram əsasında hazırlanır və təqdim olunur.