Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertləri arasında işçi görüşləri keçirilir.
Arannews:Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertləri arasında işçi görüşləri keçirilir.Nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi, tədris müəssisələrində xarici dil tədrisi ilə məşğul olan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat vermək, qarşılıqlı fikir mübadiləsi aparmaq, eləcə də gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdən ibarətdir.
İşçi görüşlər sentyabrın 22-dək davam edəcək