Fars Şeri və Ədəbiyyatı günü münasibətilə Təbriz Universitetində keçirilən mərasimdə İran, Türkiyə, Azərbaycan və Gürcüstandan olan 6 Şəhriyarşünas tədqiqatçıya “Şəhriyar” adına təsis edilmiş medal təqdim edilib.
AranNews – Təbriz Universitetinin Qafqaz, Anadolu və Orta Asiya Araşdırmalar Mərkəzinin direktoru, Şəhriyar mədəniyyət medalı beynəlxalq festivalının katibi bazar ertəsi günü keçirilən toplantıda deyib: “Bugünləri qərbə diqqətlə baxsaq görərik ki, onların iqtisadi, siyasi, hətta elmi sivilizasiyaya malik olan xalqları bir-birləri ilə qorxutmaqdır”.siyasətləri xalqların mədəniyyətinə təsir qoymaq və onu dəyişdirmək istiqamətinə yönəlmişdir. Bu məqsədlərinə asanlıqla yetişmək üçün ən asan yol isə elmi, dini, ədəbi və ictimai ülgüləri unutdurmaq, din, elm və ədəbiyyat tarixini təhrif etmək, qədim mədəniyyət, tarix və
Əhməd Fərşbafiyan əlavə edib: “Ona görə də bugünləri Qərbi Asiya kimi qədim tarixə malik ölkələrin xalqlarının ən əsas vəzifəsi təfriqəçilər və öz tarixində vəhşilik, nadanlıq və mədəniyyətsizlikdən başqa bir şey olmayan kəslər qarşısında dayanaraq, öz tarixi mədəniyyət, sivilizasiya, ədəbiyyat və elmini qorumaqdır”.
Qafqaz, Anadolu və Orta Asiya Araşdırmalar Mərkəzinin direktoru Ustad Şəhriyarın beynəlxalq aləmdəki yerindən söz açaraq deyib: “Qafqaz, Anadolu və Orta Asiyanın müsəlman xalqları arasındakı elmi, ədəbi şəxsiyyətlər vəhdətyaratma ülgüsü, tarixi köklərimizin, mədəniyyət və sizilizasiyamızın qoruyucularıdırlar. Şəhriyar bu yolun yeganə ədəbi şəxsiyyəti olmasa da, ən azından ən mühüm tanınmış şəxsiyyətidir”.
“AranNews”-in verdiyi xəbərə görə, festivalda Türkiyənin Ərzurum Universitetinin fars ədəbiyyatı üzrə professoru Veys Dəyirmançı, Gürcüstanın Tiflis Universitetinin fars ədəbiyyatı üzrə professoru Teaşurğaya, Azərbaycanın peşəkar tərcüməçisi Mirəsgər Behbudlu, İranın Gürcüstandakı mədəniyyət attaşesi Müctəba Kamranfər, İranın Ərzurumdakı mədəniyyət attaşesi Həsən Dideban və İranın mədəniyyət fəalı Mustafa Qulizadə olmaqla altı nəfərə Şəhriyar mədəniyyət medalı verilib. Habelə, Ərdəbil şəhərindən Məhəmməd Qazidehi və Gürcüstan Azərbaycanıları Ağsaqqallar Şurasının sədr müavini Mayak Nemətov təqdir olunub. Bundan əlavə, Təbriz Universitetinin rektoru doktor Məhəmmədrza Purməhəmmədi İslam Mədəniyyəti və Əlaqələri Təşkilatı tərəfindən təqdir olunub.
Xatırladaq ki, Üçüncü Beynəlxalq Şəhriyar Mədəniyyət Medalı Festivalı Təbriz Universitetinin Qafqaz, Anadolu və Orta Asiya Araşdırmalar və Təhqiqat İnstitutu (QANA) tərəfindən Təbriz Universitetinin “Ləl” toplantı salonunda keçirilib.