İran İslam Respublikası prezidenti BMT Baş Assambleyasında deyib: ABŞ-ın yeni hökuməti sədaqətsizliyi və beynəlxalq öhdəlikləri pozması ilə öz beynəlxalq imicini korlayır və xalqlar və dövlətlərin gələcək müzakirələr və öhdəliklərlə bağlı Amrikaya olan etimadını itirmiş olur.
Arannews:İran İslam Respublikası prezidenti BMT Baş Assambleyasında deyib: ABŞ-ın yeni hökuməti sədaqətsizliyi və beynəlxalq öhdəlikləri pozması ilə öz beynəlxalq imicini korlayır və xalqlar və dövlətlərin gələcək müzakirələr və öhdəliklərlə bağlı Amrikaya olan etimadını itirmiş olur.İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani BMT Baş Assambleyasında etdiyi çıxında deyib: Dünən bu beynəlxalq tribunadan ABŞ prezidentinin dilindən cahil, çirkin, düşmənçiliyə əsaslanan, yanlış məlumatlar və əsassız ittihamlarla dolu bir ədəbiyyatın şahidi olduq. Bu, BMT-nin şəninə layiq olmamaqla yanaşı, bu gün dünya xalqlarının bu iclasdan gözləntiləri yəni, müharibələr və terrorizm qarşısında dövlətlərin birləşməsi istəyi ilə də müxalif idi.
İran prezidentinin BMT Baş Assambleyasındakı çıxışının kamil mətni daha sonra təqdim ediləcək.