Tarix : 2017 Sep 21
Kod 52834

Ayətullah Cənnəti: ABŞ Kürdüstan bölgəsində yeni bir İsrail meydana gətirmək istəyir

Rəhbərlik Fəqihlər Məclisi sədri Amerikanın Kürdüstan bölgəsini İraqdan ayırmaq və regionda yeni bir İsrail meydana gətirmək istədiyini bildirib.
Arannews:İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Bu gün Tahranda Rəhbərlik Fəqihlər Məclisi üçüncü dövr iclasının açılış mərasimində danışan Rəhbərlik Fəqihlər Məclisi sədri Ayətullah Əhməd Cənnəti İraqın Kürdüstan bölgəsində təşkil edilmək istənən referendum mövzusunda xəbərdarlıq edərək, bu məsələnin ABŞ, Ərəbistan və sionist İsrail rejiminin tələbi olduğunu və onların bu tutumla müsəlmanları zəiflətmək istədiklərini bildirib.
Bu kimi təxribatlardan bir nəticə çıxmayacağını ifadə edən Ayətullah Myanma məsələsilə bağlı isə müsəlmanların bu qətliam qarşısındakı səssizliklərinin sona çatmasının, o biri ölkələrin də İran İslam Respublikası kimi lazımlı addımları atmaları lazım olduğunu bildirib.


  • Yazılıb
  • da (də) 2017 Sep 21
  • Göndərən مدير سايت Aran News