Sentyabrın 25-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin 3 il müddətinə azadlıqdan məhrum edilməsinə dair Masallı rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə baxılacaq.
Arannews:İslamazeri.com Maide.Az -a istinadən xəbər verir ki, məhkəmə baxışı sentyabr ayının 25 -də saat 09:30-da Şirvan şəhər Apellyasiya Məhkəməsində baş tutacaq.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənlinin Masallı rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə ilk sentyabr ayının 11-də Şirvan şəhər Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə zamanı bir sıra vəsatətlər verilib. Vəsatətlər təmin olunmayıb. Nöbəti məhkəmə sentyabrın 25-nə təyin olunub.
Xatırladaq ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunun məscidində namaz qıldığına və dini söhbətlər etdiyinə görə rayonun icra başçısı onun barədə polisə şikayət edib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.