Sentyabrın 23-də Milli Şura Bakıdakı Məhsul stadionunda mitinq keçirib. Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya saat 15:00-dan 17:00-dək davam edib.
Arannews-meydan.tv:Aksiyanın keçirilməsinə səbəb isə beynəlxalq jurnalistlərin araşdırılmaları ilə üzə çıxan 3 milyardlıq yeyinti faktı ilə bağlı idi. Aksiyada xalqın oğurlanmış pullarının geri qaytarılması tələb olunub.Aksiyada AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, həmçinin Gültəkin Hacıbəyli, Rövşən Əhmədov və Nurəddin Məmmədli çıxış ediblər. Mitinqdə adı təşkilatların siyasi məhbus siyahısında olan şəxslərin yaxınları, inanclı şəxslər də iştirak ediblər.
Aksiya insidentsiz başa çatıb. Növbəti mitinq oktyabrın 7-nə təyin edilib.