Ali-Xəlifə rejiminin təhlükəsizlik məmurları Bəhreynin Cəvv mərkəzi həbsxanasında Əba Əbdillahil-Hüseyn (ə) əzadarlı mərasimini keçirən məhbusları döyüblər.
Arannews:Rəsa Xəbər Agentliyinin məlumatına görə, Cəvv mərkəzi həbsxanasının məmurları bildiriblər ki, həbsxanada istənilən əzadarlıq mərasiminin keçirilməsi qadağandır və bu mərasimdə iştirak edənlər cəzalandırılacaqlar.
Bu arada Bəhreynin əl-Məamir bölgəsinin sakinləri Məhərrəm ayı əzadarlıq bayraqlarını endirməyə cəhd edən Ali-Xəlifə rejimi təhlükəsizlik məmurlarına müqavimət göstəriblər.
Ali-Xəlifə hərbçiləri bu hücumda polis itlərindən istifadə edib və əzadarlara doğru gözyaşardıcı qazlardan istifadə ediblər. Nəticədə bir qrup Bəhreyn vətəndaşı boğulma ilə üzləşib.