Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri 62 həftədir ardıcıl olaraq əl-Dəraz məntəqəsinin və Ayətullah İsa Qasimin evinin mühasirəsini davam etdirir.
Arannews:Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri 62 həftədir ardıcıl olaraq əl-Dəraz məntəqəsinin və Ayətullah İsa Qasimin evinin mühasirəsini davam etdirir. Eləcə də Bəhreyn şiələrinin əzəzmətli Cümə namazının qılınmasını ötən həftələrdə olduğu kimi qadağan edib. Məntəqənin İmam Sadiq (ə) məscidinin dindarları və başqa məntəqələrin dindarları bu həftə də fərdi şəkildə namaz qılmağa məcbur qalıblar. Həmçinin Cümə namazından məhrum olan dindarlar cümə namazının dayandırılmasına və Şeyx İsa Qasimin evinin mühasirəsinin davam etdirilməsinə etiraz edərək nümayiş təşkil edib "köləlik zamanı geridə qalmışdır" şüarları səsləndiriblər. Qeyd edək ki, Ali Xəlifə rejimi ötən ilin İyun ayındna etibarən Bəhreyn şiələrinin rəhbəri olan dünya şöhrətli alim İsa Qasimin vətəndaşlığını ləğv etmiş və onun yaşadığı əl-Dəraz məntəqəsini mühasirəyə almış, Şeyxi ev dustaqlığına məhkum etməklə şiələrin cümə namazı qılmalarını bu müddət ərzində yasaqlamışdır. İmam Cümənin və namaz qılanların İmam Sadiq (ə) məscidinə girişi qadağan edilib.