Məhərrəm ayının dördündə baş verən hadisələr və bu gün üçün nəzərdə tutulan müstəhəb əməllər.
Arannews:Məhərrəm ayının dördündə Yezid ordusunun İmam Hüseynə qarşı "səfərbərliyi" baş tutdu. Məhz bu gündə Yezidin Kufədəki nümayəndəsi Ubeydullah ibni Ziyad kufəliləri toplayıb onların qarşısında çıxış etdi. O hədə-qorxu ilə bir sıra kufəliləri İmam Hüseynə qarşı döyüşə getməyə vadar etdi və bunun müqabilində onlara müjədələr verdi.Tarixi faktlara görə təkcə bu gündə İbni-Ziyad 13 min nəfərlik ordu topladı. Onların bəziləri kufəli idi. Həson ibni Numeyr 4 min, Şimr ibni Zil-Couşən 4 min, Məzayir ibni Rəhina Mazəni 3 min, Yəzid ibni Rikabi Kəlbi iki min nəfərlə Ömər bin Sədin öncədən Kərbəlaya apardığı orduya qoşuldular.
Tarixi kitablar həmin günlərdə İmam Hüseynin karvanının qarşısını almaq üçün 20 min nəfərlik təcavüzkar ordunun toplaşdığını bildirirlər.
Bu təcavüzkar qüvvələr məhz Məhərrəmin 4-də birləşərək İmam Hüseynin karvanının qarşısını kəsmək üçün yola düşdülər. (Bəharul- Ənvar, cild- 44 , səh - 386)
Bu gün haqda buyurulan müstəhəb əməllərin başında İmama və digər Kərbəla şəhidlərinə əzadarlıq saxlamaq durur. Bundan əlavə oruc tutmaq günün əsas müstəhəb əməllərindəndir.
Bu gündə daha çox tövbə edərək, İmam Hüseynə qoşulmuş sərkərdə Hürr ibni Yəzid Riyahinin şəninə mərsiyə və sinəzənlər deyilir.