Arannews:İndiki zamanda bu müsibətin həqiqi sahibi İmam Zamandır (ə.f). Əza məclisində iştirak edərək İmamla (ə.f) bir yerdə olur və onunla bir yerdə göz yaşı tökərik.İmam Hüseyn (ə) Kərbəlada öz səhabələrinə beə buyurur: “Böyük cəddim mənə xəbər verdi ki, oğlum Hüseyn (ə) Kərbəlada tənha, heç kəsi olmadan və susuz halda şəhid olacaqdır. Hər kim ona yardım etsə, mənə yardım etmiş deməkdir. Övladı Həzrət Qaimə (ə.f) yardım etmiş deməkdir”.
Bu gün əgər əza məclisləri təçkil edilirsə, ona görədir ki, Kərbəla şəhidlərinin xatirəsini əziz tutaq və onların müsibətinə ağlayaq. Məzluma adətən üç cür yardım olunar:
1. Onun düşməni ilə o qədər vuruşmaq ki, düşmən məğlub olsun.
2. Öldürüləndən sonra qanının intiqamını almaq.
3. Ona ağlamaq və əza saxlamaqla. Əslində hər bir insan ölən zaman ona görə ona əza saxlanılır ki, xatirəsi əziz tutulsun və ona yardım olsun.
Bu iki ilk yolla İmam Hüseynə (ə) yardım edə bilmədiyimizə görə, ona əza saxlayaraq məqamı qarşısında təzim edə bilərik.
İmam Sadiq (ə) buyurur: “İmam Hüseynə (ə) elə göz yaşı tökən yoxdur ki, Həzrət Zəhraya (s.ə) yaxınlaşmamış olsun. Ona göz yaşı ilə yardım etsin. Həmçinin Həzrət Peyğəmbərə (s) yaxınlaşsın”.
Ona görə də İmam Hüseynə (ə) bəslədiyimiz məhəbbət – əslində Əhli-beytə (ə) bəslədiyimiz sevgidir. Ona tökülən göz yaşı – əslində bütün Əhli-beytə (ə) tökülən göz yaşıdır. Ona yardım etmək – əslində bütün Məsumlara (ə) yardım etməkdir.
İmam Zaman ağanı (ə.f) dəfərlərlə Məhərrəm ayında əza məclislərində görənlər olmuşdur. Belə ki, Əllamə Bəhrul-ulum bir neçə tələbələrlə bir yerdə əzadarlara tərəf gedirdi. O cəmiyyəti müşahidə edən alim, paltarını əynindən çıxardıb sinəsini açdı və şövq ilə sinə vuran həmin cəmiyyətə qoşuldu. Əza məclisindən sonra tələbələri bu hərəkətinin səbəbini soruşan zaman alim demişdi: “Əza sahiblərinə çatan zaman anidən gözüm məhbubum İmam Əsrə (ə.f) sataşdı ki, başı açıq və ayaqları yalın halda cəmiyyətin içində sinə vururdu. Mən bu halı görən zaman taqətimi itirdim və sinə vuranlara qoşuldum”.