Arannews:İsrail daim kürdlərin mənafeyini dəstəkləyib və Sinost rəsmiləri dəfələrlə müstəqil Kürdüstanın yaranmasına təkid ediblər.İraq Kürdüstanının müstəqillik referendumuna rəsmi olaraq müvafiq olan bir qüvvədir, o da İsrail rejimi. Hətta İsraillə adətən ortaq mövqe sərgiləyən ABŞ-da müxtəlif səbəblərə görə hazırki durumda buna müxalifdir.
Benyamin Netanyahu kürdləri, yəhudi dövləti təşklil etməmişdən öncəki yəhudilərə bənzədib. Onlar öz talelərini təyin etmirdilər. Lakin artıq müstəqil ölkə olmaq zamanı çatıb.
İsrailin bu məsələyə olan israrı İİR-nın müxalifətini daha da artırıb. Çünki Kürdüstan dövləti yaransa İsrailin bu bölgəyə nüfuz etməsilə İranın qonşuluğuna qədər yaxınlaşmasından nigarandır.
Silahlı qüvvələri başçısı Generel Muhəmməd Baqirinin ötən ay Türkiyəyə səfərinin əsas səbəbi məhz bu məsələ idi. İraq dövləti də öz növbəsində təhdid edərək bildirib ki, referendumun zorakılığa səbəb olacağı təqdirdə rəsmi Bağdad müdaxilə edəcək. Belə bir hal baş verərsə İraq dövləti İran tərəfindən dəstəklənən “Haşd Şabi”-yə imkan yaradacaq.
General Qasim Süleymanidən də nəql olunan söz düşündürücüdür: O, əyalətə son səfəri zamanı Kürdüstan rəhbərlərinə bildirmişdi ki, bugünədək “Haşd Şabi”-nin Kürdüstan məsələsinə müdaxiləsinin qarşısını ala bilib, lakin bundan belə bu cür olmayacaqdır.
Kürdüstanın müstəqil olacağı təqdirdə mümkündür ki, İsrail qısa müddət ərzində İran sərhədlərində öz nüfuzunu artırsın. Lakin ümid edir ki, uzaq gələcəkdə də olsa qeyri ərəb və və bölgədə stratejik bir bölgə əldə etsin.
Əgər Kürdüstan əyaləti müstəqil olsa azad sularla əlaqədə olmamalarından əlavə, İran, İraq, Suriya və Türkirə arasında da mühasirədə olacaqdır. Bu 3 ölkə referendum məsələsinə müxalif olduqlarını açıq surətdə bildirdilər. Suriya da İranla müttəfiq olduğuna görə oxşar dəlillərə əsasən, digər 3 ölkənin kənarında dayandı.
Müstəqil və mühasirə olunmuş Kürdüstanın problemləri beynəlxalq ticarət məsələləri olacaqdır. Bu bölgənin qida məhsulları o cümlədən yeyinti, dərman və tikinti materialları Türkiyə və İrandan təmin olunur. Kürdüstanda fəaliyyət göstərən xarici şirkətlərin yaraısı Türkiyəyə məxsusdur və 2 tərəf arasında olan illik ticari əlaqə 8 milyard dollara bərabərdir. Bu rəqəm İran-Kürdüstan əlaqələrində 5 milyard dollara çatır. Bu rəqəmin 85%-i Kürdüstana daxil olan mallar təşkil edir.
Bu səbəbdən müstəqilliyin tərəfdarı olan kürd siyasətçilər ölkələrinin gəlirinin hardan təmin olacağına diqqət etməlidirlər. Kürdüstan rəhbərlərinin baxışına görə, onların əsas gəlir mənbəyi neftdir. Lakin neft mənbələrinin bir hissəsi Kərkükdə yerləşir bir halda ki, bu şəhər rəsmi olaraq Kürdüstanın əhatəsində deyil və Kürdüstanla İraq dövləti arasında dəfələrlə bu barədə fikir ayırılığı baş verib.
Lakin kürdlərin ən böyük problemi bu deyil, neftin xaricə transfer olunmasdır. Bunun üçün 4 ölkədən istifadə etməkdən başqa çarə yoxdur.
Digər tərəfdən sərhədlərin bağlanması həm də hava sərhədlərinin bağlanması deməkdir. Yeni yaranacaq Kürdüstan ölkəsinin 4 ölkəylə razılığa gəlməkdən başqa çarısi yoxdur.
İraq, Türkiyə və İranın bu məsələdə olan müttəfiqliyi İranın bölgədə olan hərbi varlığını artıra və “Haşd Şabi”-nin İraqın digər bölgələrində olan fəaliyyətini genişləndirə bilər. Beləliklə işi bölgə və beynəlxalq rəqiblərin əleyhinə apara bilər.
Digər tərəfdən Kürdüstan əyalətinin İraqdan ayrılmasıyla şiələrinin cəmiyyəti artacaq və İran tərəfindən dəstəklənən bu qrupun parlamentdə olan siyasi qüdrəti artacaqdır. Həmçinin, bugünədək kürdlərin əlində olan prezidentilik məsələsi böyük ehtimalla şiələrin əlinə keçsin. Amerikanın referendumla müxalif olmasının əsas səbəbi məhz budur.
Lakin Sionist rejimi yalnız müstəqil Kürdüstan barədə düşünür, hansı ki, bu ölkə, onların İran sərhəddində xəlvət və münasib həyat sürmələrinə şərait yarada bilər. İsrail müstəqil Kürdüstanı siyasi, iqtisadi və hərbi baxımdan həmkarlıq edəcək bölgədə olan yeganə müttəfiqi olaraq görür. Bununla da bölgədə olan strateji dərinliklərini artırmaq niyyətindədirlər.
Lakin bəlkə də Tel-Əviv rəsmiləri bu məsələni unudublar ki, İran sərhəddinə yaxınlaşmaq onların məanfeyini və təlükəsizliyini təmin etmir, əksinə, şəxsiyyətlərinin daha çox təhdid olmasına səbəb olacaq. Həmin şəxsiyyət ki, Netanyahu BMT-də İrana xitabən “heç vaxt sönməyəcək” ifadələrindən istifadə edirdi. Lakin çox keçməz ki, Ayətullah Xameneinin praqnozuna əsasən, bu qanunsuz xərçəng şişi bölgənin bədnindən kəsilib, atılar.