Tarix : 2017 Sep 27
Kod 52878

İmam Hüseyn (ə) məktəbində həqiqi azadlıq

İlahi peyğəmbərlərin (ə) məktəbində insanın kamal və səadəti onda idi ki, ubudiyyət və bəndəlik məqamına çatsın. Bütün pyğəmbərlər (ə) məhz bu risalət üçün məbus olublar. Onlar deyərdilər: “Allaha ibadət edin və Ondan qeyrisindən itaət etməkdən çəkinin”.
Arannews:Bu risalətdə bütün insanlar bərabər təqdim olunub və heç bir insanın haqqı yoxdur ki, İlahi peyğəmbərlərin risalət və vilayətini inkar etsin.
İmam Hüseyn (ə) məktəbinin də risalət və əsil vəzifəsi məhz bu idi. Ona görə də Həzrət (ə) bu məqsədinə çatmaq üçün zalım güruhla vuruşur və ona qarşı qiyam edir. O, Əməvi hökumətinin iç üzünü açaraq, insanlara göstərir və dünyada qul olmamaq üçün şəhadəti seçir.
İmam Sadiq (ə) cəddi İmam Hüseyndən (ə) nəql edir ki, Həzrət (ə) buyurub: “Ey insanlar! Allah Təala bəndələri Ona mərifət əldə etmək üçün xəlq etmişdir. Ona görə də o zaman ki, Onu tanıdılar – ibadət etdilər. O zaman ki, ibadət etdilər – Ona pərəstiş etməyə görə başqasına ibadət etməkdən ehtiyacsız oldular”. (Erfan)
İmam Hüseyn (ə) məktəbinin əsil şüarı budur ki, azad insan Allahdan qeyrisinə ibadət etməməlidir. Çünki insan ancaq bu zaman həqiqi azad ola bilər. Əgər azadlıq bu mənada təmin olunarsa, o zaman bütün azadlıqlar da təmin olunacaqdır.
İmam Əli (ə) oğlu İmam Həsənə (ə) tövsiyə verən zaman buyurur: “Oğlum, Allah səni azad yaratdığı üçün başqasının qulu olma”.
Başqa insanların qulu olmaqdan azad olmaq – böyük bir nemətdir ki, Xaliq insana bəxş etmişdir. Heç bir başqa nemətlə müqayisə oluna bilməz. O kəs ki, Allahdan savayısı üçün bəndə olmaz, o, həqiqi azad insan olar.
Ərəblərin məhşur yazıçısı olan Məhmud Əqqad İmam Hüseynin (ə) Əbuzəri Rəbəzəyə qədər müşayiət edən zaman dediyi sözləri yada salır və nəql edir: “Sanki o Həzrət (ə) öz həyat şüarını dünyaya qədəm basdığı ilk gündən şəhadətə çatan günə qədər bu bir neçə cümlədə xülasə etmişdi: “Əmican! Allah Təala indi müşahidə etdiyin vəziyyəti dəyişdirməyə qadirdir. Bu qövm dünyalarını səndən saxladılar, sən də öz dinini onlardan saxladın. Həqiqətən, sən nə qədər məhrum etdiklərindən ehtiyacsızsan. Onlar nə qədər sənin onları məhrum etdiklərindən ehtiyaclıdırlar”.
İmam Kazım (ə) Hişama vəsiyyət edən zaman cəddi İmam Hüseynin (ə) kəlamlarını bəyan etmiş və buyurmuşdur: “Elə bir azad vardırmı ki, bu çeynənmiş tikədən (dünydan) əl çəksin və onu əhlinə tapşırsın? Sizin üçün behiştdən savayı qiymət yoxdur. Ona görə də özünüzü ondan qeyrisinə satmayın. Hər kim dünyaya razılıq verər – alçaq və dəyərsiz bir şeyə razı olmuş olar”.
Bəli, azad insanın baxış və əqidəsi belə olmalıdır. İmam Hüseyn (ə) məktəbi başdan-başa azadlıq məktəbidir. Hər kim bu məktəbin şagirdi olar, İmamın (ə) yadigar qoyub getdiyi bu misilsiz dəyərlərə yiyələnər və özünü dünyanın və insanların qulu etməz

  • Yazılıb
  • da (də) 2017 Sep 27
  • Göndərən مدير سايت Aran News