Tarix : 2008 Jun 16
Kod 5288

İRAN 6-lar Qrupunun TƏKLİF PAKETİNİ TAM AYIQ-SAYIQLIQLA ARAŞDIRACAQ

İran parlamentinin spikeri eyni halda 6-lar Qrupuna xitabən deyib: İranı təcridə və təklikdə saxlamağı qarşıya məqsəd qoymayın ki, bu vaxtı hədər vermək mənasındadır
Iran Servisi/Aran Agentliyi
İran İslam Şuraı Məclisinin sədri Əli Laricani deyib: İran parlamenti 6-lar Qrupunun rəsmi Tehrana təqdim etdiyi təkliflər paketini tam ayıq-sayıqlıq və nəzarətlə araşdıracaq.
İRNA-nın verdiyi məlumata görə, Laricani iyunun 15-də İran parlamentinin açıq iclasında Xavyer Solana və onu müşayiət edən nümayəndə heyətin Tehran səfərində işarə edərək deyib: Solana və onu müşayiət edən nümayəndə heyəti Tehrana səfəri və 6-lar Qrupunun xin-nin məktubu və təkliflər paketini təqdim və bəyanatlar çıxış ediblər.
Laricaninin sözlərinə görə, İİR. Tehranın nüvə işinin müzakirə yolu ilə çözülməsini müsbət qarşılayır və İran xalqının bu məsələ ilə bağlı istəyi beynəlxalq quruluşların istəklərinə uyğundur. İran parlamentinin spikeri eyni halda 6-lar Qrupuna xitabən deyib: İranı təcridə və təklikdə saxlamağı qarşıya məqsəd qoymayın ki, bu vaxtı hədər vermək mənasındadır.
  • Yazılıb
  • da (də) 2008 Jun 16