AXCP sədri Əli Kərimli ABŞ və Avropada Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların gündəlikdə olduğu bir vaxtda xalqın daha kütləvi şəkildə dinc mübarizəyə qoşulmalı olduğunu bildirən status paylaşıb. Ə.Kərimli yazır:
Arannews:AXCP sədri Əli Kərimli ABŞ və Avropada Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların gündəlikdə olduğu bir vaxtda xalqın daha kütləvi şəkildə dinc mübarizəyə qoşulmalı olduğunu bildirən status paylaşıb. Ə.Kərimli yazır:Bəs xalqımız nə zaman insan haqlarını pozan, üstəlik də oğru olanlara qarşı sanksiya tətbiq edəcək? ABŞ konqresmenləri Azərbaycanda insanları şərləyib həbs edən, həbslərə, işgəncələrəgöstəriş verən vəzifəli şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq edəcəyini anons etdi. Azərbaycan hakimiyyətindən bütün siyasi məhbusların azad olunması, islahatların aparılması tələb olunur. Avropa Birliyi parlamenti də bütün siyasi məhbusların azad edilməsini və 3 milyard dollarlıq oğurluğun araşdırılmasını tələb edən qətnamə qəbul edib. Nə düşünürsünüz, əziz həmvətənlər, bizim də xalq olaraq bu oğru vəkorrupsionerlərə sanksiya tətbiq etmək vaxtımız çatmayıbmı? Hamılıqla 7 oktyabr mitinqinə gəlin! Hamımız birlikdə oğruların üzünə deyək ki, siz oğrusunuz, uşaq, gənc, yaşlı, əlil, kimsəsiz, xəstə, əsgər malı yeyənsiniz!