Dünya müsəlmanlarının Məhhərrəm ayını yaşadığı və Kərbəla müsibətinə göz yaşı tökdüyü bir vaxtda, Əhli-Beyt vətəni olan Azərbaycanın bəzi regionlarında möminlərin vəziyyət o qədər də ürəkaçan deyil. Buna səbəb isə Kərbəla faciəsində öz tərəfdarları ilə birgə şəhid edilən İmam Hüseyn (ə) –a əza saxlamağa hökumət tərəfindən icazə verilməməsi və təzyiqlər olunmasıdır.
Arannews:İslaminSesi xəbər verir ki, adının açıqlanmasını istəməyən şəxs redaksiyamıza məktub göndərərək Naxçıvanda möminlərə qarşı edilən təzyiqlərdən, həbslərdən gileylənib və əzadarlıq məclislərinin keçirilməsinə icazə verilməməsinə etirazını dilə gətirib.Həmin şəxs məktubunda bildirir ki, Naxçıvanda vəziyyət Bakıdan da pisdir: “Burada əza məclisləri keçirmək və əzadarlıq etmək istəyənlərə əməlli-başlı divan tutulur və onlar şərlənərək həbsə atılır. Hətta Aşura günü demək olar ki, Naxçıvanın bütün bölgələrində insanların məscidlərə axışmasına icazə vermədilər. Buna etiraz edənləri isə təxribat törətməkdə günahlandırdılar. Bu çirkin işə dəstək vermək üçün hətta məktəb direktorlarını və müəllimləri də cəlb etdilər”.
Naxçıvandan olan şəxs mövcud problemi işıqlandırmağımızı bizdən xahiş edərək, yardım istəyib. Ümid edirik ki, Naxçıvan rəhbərliyi insanların dini etiqad azadlığına hörmətlə yanaşacaq və problem aradan qaldırılacaq.