Tarix : 2017 Oct 03
Kod 52906

İmam Səccad (ə)

Bilmirsənmi ki, Allah keçmiş və gələcəyin bilgisini babalarıma əta edib
Arannews:İmam Sadiq (ə) buyurur: “Əli ibn Hüseyn (ə) (Səccad) Əlinin (ə) həyatı barədə oxuduqda deyərdi: “Axı buna kim dözər?! Kimdə buna səbr var?!” (“Kafi”, 8-163) İmam Sadiq (ə) buyurur ki, sonra oxuduqlarına əməl edirdi.” Bir gün Cabir ibn Əbdüllah imam Səccada (ə) deyir: “Ey Allah rəsulunun oğlu! Məgər Allah behişti sizlər və sizin dostlarınız üçün yaratmayıbmı? Məgər od sizin bədxahlarınız və düşmənləriniz üçün deyilmi? Bəs bir bu qədər iztirab nə üçündür?” Həzrət buyurdu: “Ey Allah rəsulunun səhabəsi! Bilmirsənmi ki, Allah keçmiş və gələcəyin bilgisini babalarıma əta edib?! Bununla belə Peyğəmbər (s) Allaha ibadət yolunda çətinliyi heç vaxt boşlamayıb, daim Həzrət Haqqa ibadət edib.” Həzrətdən soruşulduqda ki, məgər sənin keçmiş və gələcəyin bağışlanmayıb? Həzrət cavabında buyurdu: “Şükür edən bəndə olmayaq?!” (Tusi, “Əmali”, 636)
İmam Sadiq (ə) buyurmuşdur: “Atam gecə yarı namaza durar, o qədər səcdədə qalardı ki, yuxuya getdiyini düşünərdik.” (“Qürbül-isnad”, 5-4; “Biharul-ənvar”, 84-197, bab 12, hədis 4) 
Bəli, bütün bu hallar Əhli-beytin (ə) Allah hüzurunda fəna məqamını göstərir. Onlar bir növ öz cisimləri və dünyadan ayrılırdılar və müqəddəs ruhları möhkəm şəkildə haqqın ruhuna bağlanırdı. Rəvayətdə deyilir ki, bir gün imam Baqir (ə) atası imam Səccadın (ə) hüzuruna gəldi. Həzrət başa düşdü ki, onun atası ibadət və bəndəlik baxımından kimsəyə müyəssər olmayan bir yerə çatıb. Onun çöhrəsi gecə ibadətindən saralıb, ağlamaqdan gözləri qızarıb, alnı qabarlayıb, namazda çox dayanmaqdan ayaqlarına ağrı gəlib.
İmam Baqir (ə) buyurur: “Atam həmin vaxt dərin düşüncəyə qapıldığından mənim gəlişimdən xeyli sonra xəbər tutdu. Gördü ki, ağlayıram. Üzünü mənə tutub buyurdu: “Övladım! Əmirəl-mömininin ibadəti haqqındakı yazını gətir.” Mən yazını gətirdim. Atam buyu(“Əl-mənaqib”, 4-149)u: “Kim Əli ibn Əbi Talib (ə) kimi ibadət edə bilər

  • Yazılıb
  • da (də) 2017 Oct 03
  • Göndərən مدير سايت Aran News