İstanbul müftisi professor Hasan Kamil Yılmaz hazırda İstanbulda 3365 məscidin olduğunu, və bu şəhərdə ən azından daha 10 min məscidin tikilməsinin zəruriliyini vurğulayıb.
Arnnews:Maide.Az "aa"-a istinadən xəbər verir ki, H.K.Yılmaz deyib ki, İstanbulda əhalinin sayına görə 15 min məscidə ehtiyac var. "Hazırda bu şəhərdə 3365 məscid var. Fikrimcə ən azından daha 10 min məscid tikilməlidir. İstanbulda bəzi yerlərdə 50 min nəfərin, bəzi yerlərdə 30 min nəfərin payına bir məscid düşür. Bu çox böyük rəqəmdir. İnsanlarımızın məscid ehtiyacları təmin edilməli və bunun üçün işlər görülməlidir”. H.K.Yılmaz məscidlərin İslam mədəniyyətinin önəmli bir parçası olduğunu vurğulayıb və deyib ki, İstanbuldakı məscidlərdə kitabxanalar təsis olunur. “İndiyədək 945 məsciddə kitabxana fəaliyyətə başlayıb. Bu kitabxanalarının 3365 məscidin hamısında təsis olunmasını istəyirik və bu sahədə işlər aparırıq".