Tarix : 2017 Oct 03
Kod 52910

Əhli-sünnə alimi Şahnəvazi: İmam Hüseyn bütün azad insanlara aiddir

İmam Hüseyn (ə) dünyadakı bütün azad insanlara aid olduğunu ifadə edərək, Əhli-Sünnə ictimaiyyətinin İmam Hüseyn (ə) və Əhli-Beyt (ə) sevdiklərini vurğulayıb.
Arannews:Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İran İslam Respublikasının Həş bölgəsinin (Əhli-i Sünnə) imam cüməsi İmam Şahnəvazi; İmam Hüseyn (ə) dünyadakı bütün azad insanlara aid olduğunu ifadə edərək, Əhli-Sünnə ictimaiyyətinin İmam Hüseyn (ə) və Əhli-Beyt (ə) sevdiklərini vurğulayıb.
Həş İmamı Mövləvi Məhəmməd Əli Şahnəvazi, verdiyi açıqlamada; İmam Hüseynin (ə) şəhadət və qiyamının uca İslam dininin əzəməti və həqqaniyətinin simvolu olduğunu qeyd edib. İmam Hüseynin "yaxşılığa əmr və pislikdən çəkindirmə" əmrini yerinə yetirməyə çalışdığını vurğulayıb.
Şahnəvazi  İran İslam Respublikasının oyaq və bəsirətli xalqının daim İslam İnqilabı Rəhbərinin buyruqlarına itaət edərək, İran İslam Respublikasının  imperializm qarşısında güzəştə getməyəcəyini bildirib.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


  • Yazılıb
  • da (də) 2017 Oct 03
  • Göndərən مدير سايت Aran News