Tarix : 2017 Oct 03
Kod 52911

“İnsanların qəlbindəki İmam Hüseyn (ə) məhəbbətini Allah özü qoruyur”

“ Peyğəmbərimiz (s.) buyurub: "Möminlərin ürəyində qiyamətədək sönməyən Hüseyn (ə.)-ın eşq və məhəbbətinin hərarəti var." Aşura günü yüz minlərlə insanın heç bir təbliğat aparılmamasına rəğmən əza məclislərinə qatılması bu hərarətin təzahürü idi”.
  
arannews_ İslaminSesi xəbər verir ki, bu fikirləri Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyev səsləndirib.  O, bildirib ki, əziz və əzəmətli Azərbaycan xalqı böyük Fizulilərin, Nizamilərin, Seyyid Əzimlərin, Məhsəti Gəncəvilərin və digərlərinin  yolunu itirmədiyini bir daha sübuta yetirdi: “  Xalqımızın ürəyi hər zaman Peyğəmbər və onun pak əhli-beytininin məhəbbəti ilə döyünür”. 
Hacı İlham Əliyev xalqın  pak və müqəddəs əqidəsinə yan baxıb qara yaxmaq istəyənlərə də tövsiyyə verməyi unutmayıb: “Əl çəkin bu çirkin əməllərdən. Əgər millətin yanında olmasaz, başınızı əcnəbi axurundan çıxarmasaz, bu cür qəzəbinizlə də dünyanı tərk edəcəksiz. Çünki İmam Hüseyn (ə.) məhəbbətini Allah insanların ürəyinə salıb və özü də qoruyur”.
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp

  • Yazılıb
  • da (də) 2017 Oct 03
  • Göndərən مدير سايت Aran News