Tarix : 2017 Oct 03
Kod 52912

UNICEF: Myammadan qaçqın düşən 300 min uşaq `dözülməz şəraitdə` yaşayır

“Myanmalı müsəlman uşaqlara kömək etmək üçün 76,1 milyon dollara ehtiyac var.”
Arannews:Maide.Az “AA”-ya istinadən xəbər verir ki, bunu BMT-nin Uşaq Fondu (UNICEF) açıqlamasında bildirib. UNİCEF Myanma hökuməti və ordusunun  zorakılıqlarından Banqladeşə sığınan Rohinciyalı qaçqın uşaqlara  yardım üçün  76,1 milyon dollar vəsaitin  toplanması məqsədi ilə beynəlxalq ictimaiyyətə müraciət edib. Bu  vəsait içməli su, qida, uşaqlara psixoloji dəstək, onların müxtəlif xəstəliklərdən qorunması üçün peyvəndlərin təmini üçün sərf olunacaq.
 UNİCEF-in bəyanatına görə, Banqladeşin  Koks Bazar düşərgəsində təxminən 300 min uşaq "dözülməz şəraitdə" yaşayır.
 Qeyd edək ki, bundan öncə  UNİCEF Banqladeşdə  qaçqın düşərgələrində qalan müsəlmanlara yardım üçün 7 milyon dollar tələb etmişdi. 
 Xatırladaq ki, Myanma ordusu və hökumətinin cari ilin avqust ayının 25-dən sonra Arakan bölgəsində Rohingiya müsəlmanlarına qarşı  hücumlarının ardınca  bu bölgədən 500 mindən çox Rohingiyalı müsəlman  Banqladeşə qaçıb ki, onların 60 faizini uşaqlar təşkil edir.
  • Yazılıb
  • da (də) 2017 Oct 03
  • Göndərən مدير سايت Aran News