Arannews:İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Tehranda danışıqlar aparan Türkiyə Baş Qərargahının rəisi general Hulusi Akar İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
Görüşdə Ruhani qardaş və dost ölkə Türkiyə ilə əlaqələrin inkişaf etməkdə olduğunu qeyd edərək, iki ölkə regionun köklü müsəlman dövlətləri olaraq terror, inamsızlıq və qeyri-sabitliklə qarşı-qarşıya olduqlarını və bu təhdidləri aradan qaldırmaq üçün birgə hərəkət etmələri lazım olduğunu bildirib.
Görüşdə General Akar da İran və Türkiyənin regionun iki güclü dövləti kimi əmin-amanlıq və sabitlik yaratmaqda əməkdaşlıq edəcəklərini bildirərək ölkəsi İraq və Suriyanın ərazi bütövlüyünə tərəfdar olduğunu vurğulayıb.