İran İslam Respublikası müdafiə və Silahlı Qüvvələrə dəstək naziri ABŞ və sionist rejimin İŞİD ssenarisinin məğlubiyyətindən sonra region ölkələrni parçalamaq strategiyasını gündəmlərinə gətirdiyini bəyan edərək bildirib: İran və Türkiyə regionun iki önəmli və təsiredici ölkəsi olaraq bu yeni ssenarinin reallaşmasına icazə verməyəcək.
Arannews:General-mayor Əmir Hatəmi çərşənbə axşamı günü Türkiyə ordusu baş qərargah rəisi ordu generalı Hulusi Akarla Tehranda görüşdə region ölkələri, o cümlədən İraqın ərazi bütövlüyünün qorunmasına dair İran İslam Respublikasının prinsipial siyasətinə toxunaraq deyib: İran, Türkiyə və İraqın iştirakı regionda təhlükəsizlik və stabilliyin yaradıması və separatçılıq hərəkətləri ilə mübarizədə faydalı və təsirli ola bilər. Ordu genearlı Hulusi Akar da bu görüşdə İran, İraq və Türkiyənin İraq kürd muxtariyyəti başçılarının separatçılıq hərəkətləri qarşısında birgə mövqeyinə toxunaraq deyib: Ankara İraqın birliyi, ərazi bütövlüyünü dəstəkləyir və region ölkələrinin sərhədlərində hər hansı dəyişikliyi rəsmən tanımır.
Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum beynəlxalq ictimaiyyətin qarşı olması və İraq dövlətinin sərt reaksiyasına rəğmən 25 sentyabrda Məsud Barzaninin israrı ilə keçirildi. Barzaninin hərəkəti İraq konstitusiyasının pozulması deməkdir.
Region ölkələrinin parçalanmasını istəyən sionist rejim kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumu dəstəkləyən yeganə rejimdir.