Ali-Xəlifə rejimi hərbçiləri Bəhreynin Cəvv mərkəzi həbsxanasının 13 saylı binasına hücum edərək İmam Hüseyn (ə) əzadarlığı keçirmək niyyətində olan məhbusları döyüblər.
Rəsa İnformasiya Agentliyinin məlumatına görə, Bəhreynin Cəvv həbsxanası rəsmiləri cümə namazı, İmam Hüseyn (ə) əzadarlığına aid istənilən adət-ənənələrin təşkil olunmasını qadağan ediblər. Bu da bəzi dövlətlər və insan haqları təşkilatlarının reaksiyasına səbəb olub.
Bəhreyn Birlik İslam Cəmiyyətinin bildirdiyinə görə, Ali-Xəlifə rejimi məhərrəmin ilk on günlüyündə əzadarlıq mərasimləri və Aşura rəmzlərinə 43 dəfə hücum edib.