Tarix : 2017 Oct 05
Kod 52929

Abbas Hüseyn ölümlə təhdid edilir

"Abbas Hüseynin qaldığı kameranı dəyişiblər, iki nəfər qatı cinayətkarla eyni otağa salıblar. O iki nəfər əvvələr həmin kamerada qalmış başqa iki nəfəri amansızlıqla öldürüb. İndi də Abbası ölümlə təhdid edirlər"

Arannews:Bu sözləri Rakurs TV-ə Qobustan həbsxanasında cəza çəkən Abbas Hüseynovun yaxınları deyib. İki həftə öncə ailə üzvləri ilə telefon söhbətində həbsxanada mütəmadi təzyiqlərə məruz qalması, ölümlə hədələnməsindən danışan Abbas Hüseynovun ondan sonra iki həftə evə zəng eləməməsi yaxınlarını narahat edib. Ailə üzvləri bununla əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə məlumat veriblər. 

Yaxınları bildirir ki, Qırmızı Xaç Komitəsinin əməkdaşları Qobustan həbsxanasına getdikdə, onlara Abbas Hüseynovun öz xoşu ilə zəng vurmaq istəmədiyini deyiblər. Bu isə yalandır, qapalı həbsxanaya məhkum edilmiş adam niyə telefonla danışmaq istəməsin ki?
Nəhayət, oktyabrın 1-də Abbas Hüseynov qısa müddətə də olsa, əlaqə saxlayıb və yenə də təzyiq altında olduğunu, öz istəyi ilə evlə əlaqə saxlaması haqda söylənilənlərin yalan olduğunu, həbsxanada ona “radikal” damğası vurulduğunu, incidildiyini deyib. Bildirib ki, telefonla danışmasına icazə verilmədiyi üçün aclıq aksiyası keçirir. 
Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Müsəlman Bilriyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə və Nardaran hadisələrinə görə həbs olunmuş daha 16 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abbas Hüseynov 20 il azadlıqdan məhrum edilib. Amma Abbas ittihamları qəbul etmir. Əməliyyatda ikisi polis olmaqla, öldürülən altı nəfərin hamısının əməliyyatı keçirən polislərin özləri tərəfindən qətlə yetirildiyini, özlərinin isə evdə namaz qılarkən hücuma məzru qaldıqlarını, onların heç birində silah olmadığı və ittihamların qurama olduğunu bildirir.

  • Yazılıb
  • da (də) 2017 Oct 05
  • Göndərən مدير سايت Aran News