Tarix : 2008 Jun 16
Kod 5293

5+1 QRUPUNUN TƏKLİF PAKETİNDƏ İRANDAN ZƏNGİNLƏŞDİRMƏNİ DAYANDIRMASI İSTƏNİLMİR

İran dəfələrlə bildirib ki, bu məsələni qəbul etmir
Iran Servisi/Aran Agentliyi

İran dövlətinin sözçüsü deyib: Qərbin təklif paketində İrandan zənginləşdirmənin dayandırması istənilməyib. Qulamhüseyn İlham bu gün öz həftəlik mətbuat konfransında artırıb: 5+1 qrupunun bu gün Xavier Solana tərəfindən İrana təqdim olunmuş təklif paketində zənginləşdirmənin dayandırılmasına işarə olunmayıb. Çünki İran dəfələrlə bildirib ki, bu məsələni qəbul etmir. Q.İlham İİR-in mövqeyinin tam aydın və zənginləşdirmənin dayandırılması üçün ilkin şərtlərin qəbul olunmaz olmasına işarə edərək artırıb: Bu gün dünyaya hakim kəsilmiş müsbət atmosferi nəzərə alaraq, Qərbdə bu məsələdən vaz keçib. İran dövlətinin sözçüsü rəsmi Tehranın təklif paketini dəqiq şəkildə araşdıraraq öz nəzərini bildirəcəyinə işarə və təkid edib: İranın mövqeyi qarşılıqlı hörmət əsasında danışıqların aparılmasıdır.

  • Yazılıb
  • da (də) 2008 Jun 16