Tarix : 2017 Oct 05
Kod 52932

AİP Qadınlar Şurası Bakıda “Həzrəti Əliəsğər Günü” keçirib

Bu gün Azərbaycan İslam Partiyası Qadınlar Şurasının təşkilatçılığı Bakıda İmam Hüseyn(ə) əza günləri ilə əlaqədar “Həzrəti Əliəsğər Günü” keçirilib

Arannews:İslaminSesi xəbər verir ki, tədbirdə AİP Qadınlar Şurasının üzvləri və inanclı xanımlar iştirak ediblər. İlk öncə müqəddəs Qurani-Kərimin oxunuşu ilə açıq elan edilən tədbirdə Həzrəti İmam Hüseyn(ə)-ın Kərbəla faciəsindən, bu inqilabın fəlsəfəsi, hədəf və məramları haqqında çıxışlar edilib.
 Tədbirdə eyn zamanda Kərbəla faciəsindən bəhs edən nohələr, qəsidə və şerlər səsləndirilib.
 Qeyd edək ki, dünyanın bir çox müsəlman ölkələrində hər il Məhərrəm ayında Həzrəti Əli Əsğər günü qeyd edilir.

  • Yazılıb
  • da (də) 2017 Oct 05
  • Göndərən مدير سايت Aran News