Gəncədə Aşura günü 4 nəfər həbs edilib
Arannews:Gəncə şəhərindəki “İmamzadə”məscid-kompleksində Aşura günü ictimai asayişi pozan və polisin qanuni tələblərini yerinə yetirməyən 4 nəfər saxlanılıb.Onlar barəsində Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.
Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib