Bu gün Qobustan Qapalı Tipli Təcridxanasında AİP lideri Mövsüm Səmədov vəkili Yalçın İmanovla görüşüb. Bu barədə “İslaminSesi”nə vəkil Yalçın İmanovun özü məlumat verib
Arannews:Vəkilin sözlərinə görə, AİP lideri Mövsüm Səmədov Aşura mərasimləri ilə bağlı Azərbaycan xalqına öz təşəkkürünü bildirib.
“Mövsüm Səmədov Azərbaycan xalqının Aşura gününü hər il keçiriləndən daha da yüksək formada, böyük sevgi və hüznlə qeyd etməsi ilə öz təşəkkürünü bildirdi. Və xalqımızın tarixən olduğu kimi, hazırda da Əhli-Beyt(ə) məktəbinə böyük sevgi və məhəbbətlə bağlı olduğunu və bağlılığın heç nə ilə aradan aparılmasının mümkün olmadığını söylədi. ”
Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. Dünyanın tanınmış Beynəlxalq Təşkilatları tərəfindən siyasi məhbus kimi tanınır.