Azərbaycanlı zəvvar Ceyhun Hüseyni 14 gün velosipedlə yol gedərək Kərbəla şəhərinə çatıb.
Arannews:Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin qarşısında Al-Kafeel informasiya mərkəzinə müsahibə verən azərbaycanlı zəvvar belə deyib: “Mən İraqa gəlmişəm və İmam Hüseynə (ə) eşqi və Əhli-Beyt (ə) sevdası olan Azərbaycan xalqını təmsil edirəm. Bu 14 günlük səfər müddətimdə İran və İraq torpaqlarından keçərək, bu ölkələrin xalqlarının böyük qonaqpərvərlikləri ilə qarşılaşdım”.Bu səfər çərçivıəsində İraqın Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etdiyini və İmam Hüseyn (ə) ilə yavərlərinin şəhadəti münasibətilə başsağlığını çatdırdığını deyən Ceyhun Hüseyni sözlərini belə davam etdirib: “Mənim İmam Hüseynə (ə) olan sevgim bu uzaq məsafəni qət etməyimə kömək oldu. Mən səfər vaxtı da heç bir problemlə qarşılaşmadım. Baxmayaraq ki, biz İraqdakı vəziyyət barədə pis xəbərlər eşidirik, orada terror təşkilatlarının mövcudluğu və ölkədə vəziyyətin qeyri sabit olduğunu xəbərlərdə görürük. Bir çoxları da məni buna inandırmışdı. Dostlarım bu səfər barədə mənə xəbərdarlıq etmişdilər. Ancaq mən İraq ərazisindən keçdikdə buranın xalqının xidmətinin və qonaqpərvərliyinin şahidi oldum”.
Ceyhun Hüseyni Kərbəladan sonra Kazimeyn və Samirra şəhərlərindəki Əhli-Beytin (ə) əziz imamlarını da ziyarət edəcəyini bildirib.