Tarix : 2017 Oct 07
Kod 52940

Əhsən Nuruzadə yenə "yoxa çıxıb"

Birliyi Hərəkatının sədr müavini Əhsən Nuruzadə evinin qarşısında naməlum şəxslər tərəfindən oğurlanıb.
Arannews:Müsəlman Birliyi Hərəkatının sədr müavini Əhsən Nuruzadə evinin qarşısında naməlum şəxslər tərəfindən oğurlanıb.
Bu barədə onun yaxınları Rakurs TV-ə məlumat verib. Məlumata görə, o, oktyabrın 6-ı 13:00 radələrində yaşadığı binanın qarşısından qara rəngli "cip" markalı maşın tərəfindən naməlum istiqamətə aparılıb.
Yaxınları onunla əlaqə saxlaya bilmədiklərini deyirlər.
Xatırladaq ki, Əhsən Nuruzadə bu ilin yanvar ayında da naməlum şəxslər tərəfindən oğurlanmışdı. Sonrada məlum olmuşdu ki, o, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Məhkəmə onu 10 sutka azadlıqdan məhrum etmişdi. Eyni hadisə sentyabrın 19-u da təkrarlanıb. Gənc fəal 10 sutka həbs cəzası çəkdikdən sonra oktyabrın 2-i sərbəst buraxılmışdı

  • Yazılıb
  • da (də) 2017 Oct 07
  • Göndərən مدير سايت Aran News