Tarix : 2017 Oct 08
Kod 52944

Gəncədə nə baş verir? Dindarlara böhtan atılır

Gəncədə baş verən ən kiçik insidentdən belə Elmar Vəliyev cavabdehdir. Üstəlik, bu adam heç də təmiz adam kimi yaddaşlarda qalmayıb

Arannews:Tasua günü (Məhərrəm ayının 9-cu günü) axşam Gəncədə növbəti dəfə polislə dindar arasında qarşıdurmanın yaşandığı qeydə alınıb. Bəzi saytların yazdığına görə polislər Gəncədə yerləşən "İmamzadə" ziyarətgah kompleksini mühasirəyə alıb, dindarlara içəri daxil olmağa imkan verməyiblər. Dindarlar isə müqavimət göstərib içəri daxil olmağı bacarıblar. Amma QMİ-nin adı çəkilən ziyarətgaha təyin edilmiş axundu deyib ki, bir qrup insan qadınlar üçün ayrılmış giriş-çıxış yerlərindən məscidə daxil olmaq istəyiblər, buna görə də təhlükəsizlik xidmətinin işçilərinin müdaxiləsi zamanı insident əmələ gəlib. Demək olar ki, DİN də eyni məzmunda münasibət bildirib. 
Amma məlum olan odur ki, Gəncədə birinci dəfə deyildir ki, qarşıdurma baş verir. Demək olar ki, hər il Gəncədə dindarla təqiblərlə üzləşir. Amma bütün bunların Elmar Vəliyevin başının altından çıxdığı da qeyd edilir. Məlumdur ki, Gəncədə yol gedərkən üz-üzə gələn iki insan bir-birinə dəyib-dolaşmadan hərəsi öz işinin dalınca getdiyi və heç bir qarşıdurma yaranmadığı halda bu vəziyyət Elmar Vəliyevin üstün cəhəti, onun potensialı kimi qiymətləndirilirsə, o zaman belə çıxır ki, Gəncədə baş verən ən kiçik insidentdən belə Elmar Vəliyev cavabdehdir. Üstəlik, bu adam heç də təmiz adam kimi yaddaşlarda qalmayıb. 2011-ci ildən – Gəncəyə icra başçılsı təyin edildiyi ildən bu günümüzə qədər dəfələrlə dindarları incitdiyi, İmam Hüseyn (ə) rəmzlərinə hörmətsizlik etməsiylə yadda qalıb. Hətta iş o yerə çatıb ki, bu insan barəsində saytda "Elmar Vəliyev kimə arxalanır?" başlıqlı yazı da dərc edilib. Təbii ki, qanuna, ədalətə arxalanan insanlar haqqında bu cür suallar verilməz. Qanundan, doğruluqdan, ədalətdən savayı hər hansısa bir şeyə arxalanan insanın arxalandığı insan, qurum, toplum daim maraq dairəsində olub.
Bir məsələ də qeyd edilməlidir ki, Aşura günündən əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini bildirmişdi ki, məscidlərdə tədbirlər baş tuta bilər, amma məsciddən kənarda olan tədbirlər, yürüşlər qadağan ediləcək. Bu da heç şübhəsiz təkcə paytaxtımızla məhdudlaşmır. Ola bilsin Gəncədə baş verən qarşıdurma da bu qəbildən olub. Çünki Gəncədə dəfələrlə Tasua, Aşura yürüşləri təşkil edilib. BŞ BPİ-nin verdiyi qərar isə dövlətin "sərbəst toplaşma azadlığı" haqqındakı qanununa tamamiylə ziddir. 
İcra başçısı, DİN-in açıqlaması və QMİ-nin səlahiyyətlisinə gəlincəsə...
İcra başçısı Elmar Vəliyev qeyd etdiyimiz kimi Gəncəyə ayağı dəyəndən bu şəhərdə söz-söhbət bitmir. Hətta ötən il QMİ-nin ziyarətgahdakı səlahiyyətli nümayəndəsi Elmar Vəliyevin barəsində belə demişdir: "Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. "Aşura” günündə "İmamzadə”də prezident İlham Əliyevin ünvanına dediyim xoş sözlərdən sonra mənə "bütpərəst” dedi və məni hədəfə götürdü. "İmamzadə”yə Natiq Həsən oğlu Allahverdiyev adlı bir qohumunu təyin etdi və mənim adamlarımı, idarənin əməkdaşlarını iş görə bilməyəcək hala gətirdi. Dindar ovuna başlayıb şəhərdə. Dünəndən iki əməkdaşımızı həbs etdirib. Bir neçəsini də axtarışa verdirib."
Elmar Vəliyevin dürüst adam olmadığı, malı-mülkü, villası hamıya məlumdur. Bundan əvvəl icra başçısı olduğu Yevlax camaatı da onun əlindən bezmişdi. Bu adam özünü tezliklə yığışdırmalıdır, dindarları dövlətlə üz-üzə qoyma cəhdlərinə son verməli, dindarları bundan artıq qəzəbləndirməkdən çəkinməlidir. Onsuz da məmurların, icra başçılarının danlandığı, işdən qovulduğu zamanlarda şər işlərindən çəkinib Yasamal icra başçısının aqibətindən ibrət almalıdır. Yoxsa qəzəblənmiş Gəncə dindarlarının qorxusundan bir vaxtlar cənab Muxtarın qorxusundan qadın paltarında Küfə şəhərini tərk edən zamanın icra başçısı Abdullah ibn Mütinin aqibətini yaşayacaq. Vəliyev unutmasın ki, o, heç də əvəzedilməz deyil. 
Məlum məsələdir ki, DİN-in açıqlamalarına insanlar etimad etmir. Polis işçilərinin xalqı necə soyub rüşvət almasını, aksiyalarda xalqla vəhşicəsinə davrandıqlarının dəfələrlə şahidi olmuşuq. DİN bu saat nəinki dindarların, hətta qeyri-dindar vətəndaşın da nifrətini qazanmış bir nazirlikdir. Bu nazirliyə zərrə qədər etibar yoxdur. Onun yaydığı açıqlamaların həqiqətə uyğun olduğuna inanmaq mümkün deyil.
QMİ-nin səlahiyyətli nümayəndəsinə gəldikdə isə ümumilikdə QMİ-yə etibar edilmədiyi üçün onun tərəfindən təyin edilən axundlara, nümayəndələrə də təəssüf ki, etibar və etimad yoxdur. Əlbəttə QMİ rəhbərliyi özü özünü bu kökə salıb. QMİ səlahiyyətlisi isə min cür hədələnə bilər. Özü də ötən il Elmar Vəliyevin əlindən dad etməsindən sonra mövzuyla bağlı heç bir tədbir görülməyib. Elmar Vəliyev Gəncədə bir vaxtlar Küfə icra başçısı olmuş İbni Ziyadın mövqeyindən çıxış edirsə hardan bilək ki, QMİ səlahiyyətlisi zəmanəsinin Şüreyh qazisi olmağı qərara almayıb.
Hə halda hadisələr diqqətdə saxlanmalı, ən əsas dindarların mövqeyi öyrənilməlidir.

  • Yazılıb
  • da (də) 2017 Oct 08
  • Göndərən مدير سايت Aran News