Yəmən ordusunun mətbuat katibi briqada generalı Şərəf Loğman Səudiyyə Ərəbistanına hücum ediləcəyi barədə xəbərdarlıq edib.
Arannews:İslamazeri.com "Almasdarnews"-a istinadla xəbər verir ki, yəmənli generalın sözlərinə görə, hazırki vəziyyətdə ölkənin müdafiəsini davam etdirmək və Səudiyyə Ərəbistanının təcavüzünün qarşısını almaq daha vacibdir. O vurğulayıb ki, Yəmən ordusunun strateji müdafiə əməliyyatları Ərəbistanının ölkə boyunca hücumlarının qarşısını almağı nəzərdə tutur. Bu baxımdan müdafiə əməliyyatları, həmçinin Ərəbistanın içərilərinə doğru və hərbi mövqelərini hədəfə alaraq daha da genişləndiriləcək.
General Loğman qeyd edib ki, Yəmən ordusu artıq hava hücumundan müdafiə sisteminə yiyələnib. Bu sistemlərin vasitəsilə Səudiyyə koalisiyasının Yəmən xalqını hədəfə alan hava hücumlarının qarşısı alınacaq