Dünən axşam İmam Hüseyn(ə)-ın və onun sadiq köməkçilərinin şəhadətinin yeddinci günündə Bakıda "Eşq karvanı" adlı bir konfrans keçirilib.
Arannews:Aşura məktəbi vurğunlarının iştirakı ilə Bakıdakı Şəhriyar evində keçirilən bu konfransda iştirakçılar Kərbəla şəhidlərinin matəmində və Həzrət Zeynəb(s.ə)-nın müsibətlərinə görə əzadarlıq ediblər.Əhli-Beyt(ə) şairləri də bu konfransda şer dili ilə özlərinin şəhidlər ağasına olan səmimi hörmətlərini ifadə ediblər.
Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam vəlmuslimin Seyid Əli Əkbər Ocaqnejad da bu konfransda Qurani-Kərim ayələrinə və hədislərə istinad edərək, qadınların İslam tarixi boyu olmuş fəzilətlərini, xüsusən Həzrət Zeynəb(s.ə)-nın Aşura hadisəsindən sonrakı müraciəti və o həzrətin və digər xanımların Kərbəla çölündəki səbir və təmkinliklərini şərh edibdir.
Bu konfransda Əhli-Beyt(ə) şairi, azəri mədhiyyəçi Seyidağa Rəhim Bəxşiyevə təşəkkür edilibdir.