ABŞ indiyə kimi İrana qarşı iddialarını əsaslandırmaq üçün heç bir sənəd təqdim etməyib
Iran Servisi/Aran Agentliyi
İİR-in BMT-dəki daimi nümayəndəsi Vaşinqtonun Tehrana qarşı iddialarını rədd edib.
Məhəmməd Xəzai BMT-nin Təhlükəsizlik Şurasının iclasında Şura üzvlərinə ünvanladığı məktubda ABŞ-ın BMT-dəki nümayəndəsi Zəlmay Xəlilzadın İrana qarşı iddialarına etiraz olaraq deyib: İİR-sı daim İraqdakı terror aktlarını pisləyib və özü də dəfələrlə terrorizmin qurbanı olub.
Xəzai sonra deyib: ABŞ indiyə kimi İrana qarşı iddialarını əsaslandırmaq üçün heç bir sənəd təqdim etməyib. Əksinə olaraq İraq rəsmiləri dəfələrlə rəsmi şəkildə təkid ediblər ki, bu ittihamlar əsassızdır.
İİR-in BMT-dəki nümayəndəsi əlavə edib: ABŞ-ın İrana qarşı iddiaları dünya ictimaiyyətinin diqqətini İraqın əsas problemlərindən yayındırmaq məqsədini daşıyır.
Z.Xəlilzad dünən BMT-nin Təhlükəsizlik Şurasının iclasında bir daha İranı İraqın daxili işlərinə müdaxilə etməkdə ittihamlandırıb.