İranın Gilan valisi deyib ki, İran İslam Respublikası və Azərbaycan Respublikası qədim əlaqələrə və yaxşı iqtisadi bağlılıqlara malikdirlər.
Mustafa Salari bu gün Gilanda Azərbaycan Respublikasının sülh və dostluq eskadrasının komandanı birinci dərəcəli kapitan Sübhan Bağırov ilə görüşdə Xəzər dənizində sülh və təhlükəsizliyi Tehran və Bakının ortaq hədəfi adlandırıb və belə əlavə edib: Son üç ildə İran və Azərbaycan Respublikasının prezidentləri arasında beşdən çox görüşün keçirilməsi iki ölkənin əlaqə və əməkdaşlıqların gücləndirilməsi istiqamətindəki əzmkarlığını göstərir.Gilan valisi söyləyib: Müştərək işçi qrupunun yaradılması, iki ölkə rəsmilərinin səfərləri və razılaşmaların əldə edilməsi İran və Azərbaycan Respublikasının ikitərəfli əlaqələrin inkişafı yolundakı hədəfinin reallaşmasından xəbər verir.
Azərbaycan Respublikasının sülh və dostluq eskadrasının komandanı birinci dərəcəli kapitan Sübhan Bağırov da bildirib ki, bu eskadra sülh və dostluq çərçivəsində ilk dəfə olaraq Ənzəliyə səfər edibdir. O, söyləyib: Azərbaycan Respublikası eskadrasının İrana səfəri iki ölkə prezidenlərinin bu ilin sentyabr ayında Nyu-Yorkda keçirilmiş görüşündə planlaşdırılmışdı və bu görüşdə qarşılıqlı siyasi, iqtisadi və hərbi əlaqələrin gücləndirilməsi, həmçinin anlaşmaların genişləndirilməsi müzakirə olundu.
Azərbaycan Respublikasının sülh və dostluq eskadrası oktyabrın beşində İranın şimalında yerləşən Ənzəli limanına yan alıbdır.