Tarix : 2017 Oct 09
Kod 52964

İsrail hökuməti İbrahimi məscidini bağlayıb

İsrail hökuməti yəhudilərin Sukkot bayramı münasibətilə Qərb sahilinin Habrun şəhərindəki İbrahimi məscidini müsəlmanlar və digər qeyri-yəhudilərin üzünə bağlayacaq.
Aran Agentiliyi:  məscidin direktoru Həfzi əbu Snənə Fələstin dövlət KİV-inə bildirib ki, ibadətgahın bazar günündən çərşənbə axşamı gecə yarısınadək müsəlmanlar üçün bağlı olacağı barədə İsrail icra qurumları ona xəbərdarlıq göndəriblər. Həmin ərəfədə məsciddə azan da qadağan olunacaq. Bayram günlərində məscidə ancaq yəhudilər daxil ola biləcək.
Qeyd edək ki, işğal altında olan Qərb sahili bölgəsi və Qəzza zolağında Sukkot bayramı münasibətilə 11 günlük ümumi hərbi blokada rejimi tətbiq olunur.
Bildirək ki, Həzrət İbrahim (ə) peyğəmbərin dəfn olunduğu yer kimi tanınan məscid müsəlmanlar və yəhudilər üçün müqəddəs sayılır. Müqəddəs məkan 1994-cü ildə sinaqoq və məscid olaraq iki yerə bölünüb. Yəhudilər buranı "Patriarxlar mağarası" adlandırır. 1994-cü ildə Amerika əsilli yəhudi Barux Qoldştayn məsciddin içərisində 29 fələstinlini qətlə yetirdikdən sonra burada müsəlmanlar üçün də ibadətgah ayrılıb.
İslamazeri
  • Yazılıb
  • da (də) 2017 Oct 09
  • Göndərən مدير سايت Aran News