Tarix : 2017 Oct 09
Kod 52965

Türkiyə ordusu ilə "ən-Nusra" arasında atışma olub

Türkiyə silahlı qüvvələri ilə "Həyat Təhrir əl-Şam" (keçmiş "ən-Nusra cəbhəsi") terror təşkilatı arasında toqquşma olub.
Aran Agentiliyi:  insident Türkiyə-Suriya sərhədində baş verib. Londondan idarə olunan Suriyada İnsan Haqları Müşahidə Şurasının məlumatına görə, İdlib əyalətinin Türkiyə sərhədlərinə yaxın Kəfr Lusin kəndində tərəflər arasında atışma baş verib. "Təhrir əl-Şam" qruplaşması Türkiyə ordusuna məxsus buldozeri vurub, buna cavab olaraq Türkiyə ordusu terrorçuların mövqelərini atəşə tutub. Sonradan sakitlik təmin olunub.
Yerli sakinlər bildiriblər ki, Türkiyə ordu qüvvələri "Həyat Təhrir əl-Şam" terrorçularının müşayiəti ilə İdlib əyalətinə daxil olub. Bu da tərəflər arasında artıq anlaşma əldə edildiyinə əsas verir.
Bildirək ki, ötən həfət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Suriya üsyançıları Türkiyə ordusunun dəstəyilə ərazidə əməliyyatlar həyata keçirəcək. Həmin ərazilərdə isə əsasən keçmiş "ən-Nusra cəbhəsi"nin qüvvələri möhkəmlənib.
İslamazeri
  • Yazılıb
  • da (də) 2017 Oct 09
  • Göndərən مدير سايت Aran News