Tarix : 2017 Oct 09
Kod 52966

“ƏHLİBEYTSEVƏRLƏR VƏ TƏKFİRÇİLƏR”

Elmi məqalə mövzuları: a) Əhlibeytsevərlər anlayışı və onun düşüncə əsasları
Arannews:Əhlibeytsevərlər anlayışı və onun meydana çıxmasına dair nəzəriyyələr; Əhlibeytsevərlər (Ələvi, Keysani, Zeydi, İsmaili və İsnaəşəri) anlayışının düşüncə əsasları; İlk İslam əsrlərinin ictimai-siyasi vəziyyətinin İslam məzhəblərinin formalaşmasında rolu; Mənəviyyat, ədalət, rasionallıq və ictihad İslam məzhəblərinin inkişaf amili kimi; Əhli-beytin (ə) həyatı, davranışı və siyasi düşüncələri; Əhlibeytsevərlərin yazılı irsi; Əmirəlmöminin Əlinin (ə) İslam dünyasındakı mərkəz mövqeyi; İslamın ilk əsrində (Əməvilər dövründə) əhlibeytsevərlərin qiyamlarının mahiyyəti, amilləri, baştutma prosesi, məqsədləri və təsirləri; Əsl İslam dininin qorunmasında və yaşamasında Kərbəla hərəkatının rolu və onun bəşəriyyətə təsirləri; İranda Şiəliyin və Şiə hərəkatlarının yayılmasında İmam Rzanın (ə) mühacirətinin rolu; Hicrətin 2-6-cı əsrlərinin (Abbasilər dövrünün) siyasi, ictimai və elmi hərəkatları; Yeddinci əsrdən sonrakı Şiə (Sərbedaran, Mərəşilər, Ali-Müşəşə, Hürufilik və s.) hərəkatlarının amilləri; Livandan İrana mühacirətdə İslam alimlərinin rolu və mövqeyi; Mehdi inancının ictimai ədaləti bərqərar edən vahid qlobal dövlət qurma baxımından araşdırılması; Əhlibeytsevərlərin (imami, zeydi və ismaililərin) baxış oxşarlıqları.
b) İslam məzhəblərinin tarixi və mədəniyyəti, yeni İslam sivilizasiyasının yaradılması
İslam məzhəblərinin tarixinə baxış: Əhlibeytsevərlər tarixdə; Azərbaycanda, Əfqanıstanda, Pakistanda, Hindistanda, Kəşmirdə, Banqladeşdə, İraqda, Suriyada, Livanda, Yəməndə, Fars körfəzində və yarımadada, Türkiyədə, Orta Asiyada, Qafqazda, Afrikada, Amerikada, Avropada və digər bölgələrdə İslam məzhəblərinin tarixi; İslam tarixində Əhlibeytsevərlərin qiyamları; Əhlibeytsevərlərin tarixi kimliyi; Əhlibeytsevərlərin geopolitikası; İslam məzhəbləri tarixinin eniş-yoxuşlarının amilləri; İranda Şiəliyin yayılmasında Təbəristan ələviləri və Ali-Buyə qiyamlarının rolu.
İslam məzhəblərinin formalaşması və inkişafı: Əhli-beyt (ə) imamları dövründə İslam məzhəblərinin və Əhlibeytsevərlərin meydana çıxdığı yerlər; İlk İslam əsrlərinin ictimai-siyasi və mental şəraitinin Əhlibeytsevərlərin formalaşmasında rolu; Tarix boyu Əhlibeytsevər dövlətlər; Zeyd ibn Əlinin (ə) qiyamının ikinci İslam əsrinin hadisələrinə təsirləri; Əhlibeytsevərlərin (Misir fatimilərinin, Yəmənin zeydi və ismaililərinin, Türkiyə və Suriya ələvilərinin) formalaşma prosesi; Muxtar Səqəfi və onun dövrünün mədəni, ictimai və siyasi şəraiti.
İslam məzhəbləri bəşər sivilizasiyasında müsbət təsirə malik amil kimi: Yeni İslam sivilizasiyasının yaradılmasında İslam məzhəblərinin texniki və proqram təminatına dair potensialı; Elm və texnologiyanın inkişafında, habelə yeni İslam sivilizasiyasının yaradılmasında Əhlibeytsevər alim və mütəfəkkirlərin rolu; İslam sivilizasiyasında Əhli-beyt (ə) imamlarının rolu; İslam mədəniyyəti, incəsənəti və memarlığında Əhlibeytsevər alimlərinin rolu; Əhlibeytsevərlər arasında İslam həyat tərzinin yayılması; Əhlibeytsevərlərin iqtisadi potensialı; Əhlibeytsevərlərin tarix, mədəniyyət və elmlərinin İslam sivilizasiyasının inkişafında rolu və təsirli cəhətləri; Müasir çağda zülmə, istibdada və müstəmləkəyə qarşı çıxan İslam hərəkatları; Yeni İslam sivilizasiyasının kimliyinin formalaşmasında Əhlibeytsevərlərin mədəni-ideoloji əsasları; İslam oyanışı hərəkatının üçüncü dalğasının yeni İslam sivilizasiyasının yaradılmasında rolu.
c) Ən ümdə İslam mütəfəkkirlərinin sapqın təriqətlərə qarşı vahid ümmət yaradılmasına dair fikirləri
Əhli-beytin (ə) bəşəriyyətin cəhalət, sapqınlıq, doqmaçılıq, yoxsulluq, ayrıseçkilik və digər bu kimi amillərdən qurtuluşuna yönəlik elm və düşüncə əsaslarını tanıtdırmaq (məs: Nəhcülbəlağə, Səhifeyi-Səccadiyyə və s.); Şiə məktəbinin düşüncə və nəzəriyyələrinin Əşairə, Mötəzilə, Mürciə və digər məktəblərlə müqayisəsi; Əhlibeytsevər fəqihlərin düşüncələri; Farabi, Nəsirəddin Tusi, İbn Sina, Sührəvərdi və Molla Sədra kimi filosofların siyasi və fəlsəfi düşüncələri; İslam əxlaqı və irfan üzrə Əhlibeytsevər alimlərin nəzəriyyələri; Gözəl insani səciyyələrindən bəhrələnmək üçün Əhlibeytsevər örnəklərin bəşəriyyətə tanıtdırılması; Quran və Əhli-beyt (ə) mədəniyyətinin təbliğində elm hövzələrinin rolu.
ç) Əhlibeytsevərlərin vahid İslam ümməti yaratmaq naminə birləşmələri
Müsəlmanların dini, mədəni və tarixi baxımdan ortaq cəhətləri; Dünya müsəlmanlarının birliyinə nail olmaq yolunda ümmətin kəsişən və kəsişməyən cəhətləri; Əhlibeytsevərlər arasında birlik yaratmaq, onların ayıqlığını artıran əsasları təbliğ etmək; Müsəlmanlar arasında ixtilafları azaltmaq üçün əhlibeytsevərlərin və təsəvvüf ardıcıllarının potensiallarından istifadə; İslam qardaşlığına nail olmaq üçün Peyğəmbərin (s) və məsum imamların (ə) davranışlarının yenidən araşdırılması; Vahid İslam ümməti yaratmaq istiqamətində həzrət İmam Xomeyninin düşüncələrini reallaşdırmağın yolları; Beynəlxalq imperializmin və qoca müstəmləkəçinin İslam ümmətini parçalamağa yönəlik hiylələrinin davamlı öyrənilməsi və izlənməsinin yolları; Vahid ümmətin birliyi üçün əhlibeytsevərlərin müştərək cəhətləri; Müsəlmanların birliyinə və yaxınlaşmasına nail olmaqda İmamət inancının rolu; Ümmət formalaşdırmaq üçün Əhlibeytsevərlərin dinc birgəyaşayışının yolları.
d) Əhlibeytsevərlərin və İslam dünyasının qarşısında duran maneə və təhdidlər
İslam dünyasında Şiə təfəkkürünə əngəl törədən amilləri tapmaq; Daxili və xarici təhdidlərlə mübarizədə doqmaçılığın, cəhalətin və məlumatsızlığın İslam cəmiyyətinə təsirlərinin araşdırılması; İslam düşmənlərinin müsəlman cəmiyyətlərini ilahi yoldan yayındırmağa yönəlik üsullarını öyrənmək; Əhli-beyt (ə) mədəniyyətinin uca məqsədlərini həyata keçirməkdə müsəlman gənclərin potensialından istifadə edilməməsi; Hegemon cəbhənin milli və irqi təəssübkeşlikləri qızışdırmaqda və təkfirçi cərəyanları yaratmaqda məqsədlərini öyrənmək; Təkfirçi qruplarla mübarizədə İslam alimlərinin əməkdaşlığının və həmrəyliyinin olmaması; Doqmaçı dini mərkəzlər tərəfindən aparılan dayaz və məzmunsuz üsulların təbliğinin qarşısını almaq; İmperializmin və sionizmin təhdidlərini zərərsizləşdirməkdə və onlara qarşı mübarizədə əhlibeytsevərlərin potensiallarının araşdırılması; Müsəlmanlar arasında ixtilaf və sapqınlıq yaratmaqda Amerika islamının rolu; Əhli-beyt (ə) düşmənlərinin İslam dünyasını parçalamaq məqsədilə şiəfobiya və İslamofobiya siyasətlərinin təhlili; Amerika islamının əsl İslam düşüncələri ilə müqayisəsi;
e) İmperializm, sionizm, mürtəce dövlətlər və təkfirçilik kimi düşmənlərlə mübarizədə əhlibeytsevərlərin birliyinin strategiya və yolları
Düşmənlərlə münasibətdə məsum Əhli-beytin (ə) üsullarından istifadə qaydaları; Ayıqlığı artırmaq, Əhli-beytin (ə) həyat və davranışlarını açıqlamaq və müsəlmanların ictimai həyatına tətbiq etmək; İslam düşmənlərinə qarşı mübarizə məqsədilə müsəlmanların birliyinə nail olmaqda din alimlərinin, müctəhidlərin və İslam dünyasının bütün ümdə şəxsiyyətlərinin rolu; Əhlibeytsevərlərin təkfirçilərin hücum və qətliamlarından qorunmaları üçün ortaq tədbirlərin alınması; Zalımlar, hegemon güclər və təkfirçi qruplarla mübarizə məqsədilə Əhli-beyt (ə) düşüncələrinin təbliği potensiallarından istifadə yolları; Əhlibeytsevərlərin hüquqlarını müdafiə mövzusunda fikir mübadiləsi aparmaq və çıxış yolları tapmaqdan ötrü birgə iclasların rolunun araşdırılması; Qlobal hegemonizmin və beynəlxalq sionizmin təxribatlarına qarşı mübarizə məqsədilə Əhlibeytsevər Alimlər Şurasının yaradılmasının araşdırılması; Beynəlxalq sionizmin parçalayıcı hiylələrinə qarşı bütün müsəlmanların ayıqlığını öyrənməyin və artırmağın yolları.

Məqalənin yazılış qaydaları
1. Məqalə minimum 15, maksimum 25 səhifə olmalıdır;
2. Məqalə minimum 7000, maksimum 9500 sözdən ibarət olmalıdır;
3. Məqalə elmi şəkildə yazılmalı, adı, xülasəsi, nəticəsi olmalı, çıxış yolu göstərməlidir;
4. Müəllif özünə dair məlumatları (təhsil səviyyəsi, elmi titul, telefon nömrəsi və e-poçt ünvanı) məqalə ilə birgə göndərməlidir;
5. Məqalə fars və ya ərəbcə yazılarsa, B Nazanin 14, digər dillərdə yazılarsa, Time New Roman 12 şriftlərindən istifadə olunmalıdır;
6. Məqalə Word 2007 proqramında yazılmalıdır;
7. Seçilmiş məqalələr qaydalara əsasən, əsas toplantıda və ixtisaslı komissiyalarda açıqlanacaq, simpoziumun seçilmiş məqalələri toplusunda çap ediləcək;
8. Tədqiqatçılar öz məqalələrini ingilis, fransız, urdu, türk, alman və ispan dillərində də yaza bilərlər.
Məqalələrin qəbulu
Məqalələr www.islamic-awakening.ir saytına və ya info@islamic-awakening.ir elektron poçtuna göndərilməlidir. Həmçinin yazılı şəkildə və disk formasında aşağıdakı ünvana göndərilə bilər: Tehran, Risalət meydanı, Şəhid Mədəni prospekti, Müharibə əlilləri prospekti (qərb səmti), İmam Əli (ə) avtomagistralından sonra Şəhid Məhəmmədəli Əkbəri küçəsi, Gülbərg binası, “Əhlibeytsevərlər və Təkfirçilər” birinci beynəlxalq simpoziumu.
Daha ətraflı məlumat üçün telefon nömrəsi: 00982124835222
Məqalələrin son göndərilmə tarixi: 11.11.2017
Seçilmiş əsərlərin müəllifləri simpoziuma xüsusi qonaq kimi dəvət olunacaq, seçilmiş məqalələrin müəlliflərinə yazdıqları mövzu üzrə əsas toplantıda və ixtisaslı komissiyalarda çıxış imkanı yaradılacaq, seçilmiş məqalələr kitablarda və elmi-ixtisas jurnallarında çap ediləcək, iştirakçılara mənəvi hədiyyələr veriləcək, elmi və dini səyahətlər təşkil olunacaq.

  • Yazılıb
  • da (də) 2017 Oct 09
  • Göndərən مدير سايت Aran News