Tarix : 2008 Jun 16
Kod 5297

Bakıda NATO həftəsi başlayır

Həftə ərzində NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Jan Fransua Büro Azərbaycana gələcək
Azerbaijan Servisi/Aran Agentliyi
   Bakıda növbəti NATO həftəsi başlayır. Ənənəvi olaraq 5 ildir Bakıda baş tutan Şimali Avroatlantika Alyansı həftəsi Azərbaycanın Xarici İşlər Nazirliyi və NATO-nun ictimai diplomatiya bölməsinin dəstəyi ilə təşkil edilir. Alyansla bağlı müxtəlif tədbirləri özündə birləşdirən bu həftənin keçirilməsində başlıca məqsəd - Şimali Atlantika müqaviləsi təşkilatı və onun Avroatlantika məkanının təhlükəsizliyinin təminatında oynadığı rol, eləcə də Azərbaycanın NATO ilə münasibətləri haqqında ölkə ictimaiyyətinin məlumatlandırılmasından ibarətdir. «Böhranların idarə edilməsi» mövzusuna həsr olunacaq sessiyada Xarici İşlər və Fövqəladə Hallar Nazirlikləri, NATO, ATƏT, BMT, Avropa Birliyi kimi beynəlxalq qurumlar, eləcə də, İsveç, Birləşmiş Ştatlar, Türkiyə, Latviya və Əfqanıstandan olan ekspertlər çıxış edəcək. Həftə ərzində NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Jan Fransua Büro Azərbaycana gələcək. O, «Azərbaycanın Avroatlantik regiona inteqrasiyası və demokratik seçkilər» mövzusunda keçiriləcək konfransda çıxış edəcək, bir sıra dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək
 
  • Yazılıb
  • da (də) 2008 Jun 16