Arannews:Bəlkə də imam Hüseynin (ə) südəmər körpəsinin şəhadət səhnəsi, Zeynəbin Aşura günü öz gözləri ilə gördüyü ən qəmli səhnələrdən biri idi. Amma, Zeynəbi möhkəm saxlayan, ona aramlıq və arxayınlıq verən, dözümünü artıran və Hüseyn (ə) yolunun davamına hazırlayan Seyyüdüş-şühədanın müsibəti vaxtı dilinə gətirdiyi sözlər idi. Allahın işi qarşısında razılıq və təslimçilikdən dolu bir ürəkdən axan bu sözlər ixtiyarsız olaraq Zeynəbin pak qəlbinə oturmuşdu.
«Hovnun ələyyə ma nəzələbi ənnəhu bi əynillah».
Seyyüdüş-şühəda bu qısa cümləylə bir dünya mərifət, tovhid, iman, təvəkkül, təslim və razılıq nümayiş etdirirdi. Zeynəb də qardaşının göyün mələklərini təəccübə gətirən səbrindən ilham alır. Öyrənir ki, ən ağır dərd və əzablar da Allah yolunda asandır.
Doğrusu haqqa və Allah hüzurunda vəzifə icraçısına olan eşqdən savayı hansı etimad yeri imam Hüseynin (ə) və bacısı Zeynəbin ruhuna aramlıq bağışlaya bilər?! İndiyə qədər şəhid və ya əlil olmuş, zərər çəkib, müsibət görmüş insanların anaları, bacıları, həyat yoldaşları, qohumları, uşaqları Aşura tarixinin bu zirvəsi barədə düşünüblərmi? Təsəvvür ediblərmi ki, Əliəsgərin üzücü şəhadət səhnəsi nə qədər ağır və çətindir. Doğrusu, nəyə görə Hüseyn və Zeynəb bu qədər aramdırlar? Belə deyilmi ki, onlar Allahın razılığını hər şeydən önə salıb, öz ürəklərini Allahın zikri ilə aram edir və özlərini Allahın qarşısında bilirlər.