Tarix : 2017 Oct 10
Kod 52973

Səudiyyəli nazirdən Hizbullaha qarşı beynəlxalq koalisiya çağırışı

"Hizbullaha qarşı ABŞ sanksiyaları lazımdır. Lakin onlara qarşı möhkəm bir beynəlxalq koalisiyasının qurulması da problemin həllinə səbəb olar. Hizbullahla birgə işləyənlərə qarşı da sanksiya tətbiq edilməlidir",-deyə Təmir əs-Səbhan əlavə edib.
Aran Agentiliyi:   Səudiyyə Ərəbistanının körfəz işləri naziri Təmir əs-Səbhan Livanın Hizbullah təşkilatına qarşı beynəlxalq koalisiya qurulmasını təklif edib. O, regionda təhlükəsizlik və sülhü təmin etmək üçün bu addımın vacib olduğunu vurğulayıb. 
"Hizbullaha qarşı ABŞ sanksiyaları lazımdır. Lakin onlara qarşı möhkəm bir beynəlxalq koalisiyasının qurulması da problemin həllinə səbəb olar. Hizbullahla birgə işləyənlərə qarşı da sanksiya tətbiq edilməlidir",-deyə Təmir əs-Səbhan əlavə edib. 
Qeyd edək ki, Hizbullah Livanda fəaliyyət göstərən və nizamlı orduya malik təşkilatdır. Üzvləri sünni, şiə və xristianlardan ibarət təşkilat regionda "İŞİD", "Ən-Nusra" və oxşar terror təşkilatlarına qarşı Suriya və İraq ərazisində mübarizə aparır. 2011-cü ildən Suriya ərazisində Səudiyyənin dəstəklədiyi "İŞİD" və "Ən-Nusra"ya qanad açmağa imkan verməyən Hizbullah təşkilatının ər-Riyadın qəzəbinə tuş gəlməsi anlaşılandır. 
FaktXəbər
  • Yazılıb
  • da (də) 2017 Oct 10
  • Göndərən مدير سايت Aran News