Tarix : 2017 Oct 11
Kod 52984

İsrail Fələstin kəndinə azanı qadağan etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İsrailin İordan çayının qərb sahilinin cənubundakı bir kənddə "yəhudilərin narahat olduğu səbəbilə" məsciddən səsucaldanlarla azan oxunmasını qadağan etdiyi bildirilib.
Arannews:Bu barədə əl- Xəlilin cənubundakı Xalq Müqavimət Komitələri koordinatoru Ratib əl-Cəbur açıqlama verib. Əl-Cəbur İsrail qüvvələrinin əl-Xəlilin cənubundakı Musafir Yatta bölgəsindəki ət-Tuvani kəndinə basqın təşkil edərək, "şifahi olaraq" kənd məscidindən səsucaldanlarla azan oxunmasını qadağan etdiklərini bildirdiklərini deyib. İsrail əsgərlərinin qadağaya riayət edilmədiyi təqdirdə kəndə ikinci basqınla hədələdiklərini qeyd edən Cəbur ət-Tuvani kəndinin Maon yəhudi yaşayış məntəqəsinə yaxınlığı səbəbindən İsrail əsgərləri ilə yəhudilərin provokasiyalarına məruz qaldığını qeyd edib.
  • Yazılıb
  • da (də) 2017 Oct 11
  • Göndərən مدير سايت Aran News